
Naxçıvanda əsgər əsgəri öldürdü / 03.02.2011
Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını öldürüb. Hadisə Naxçıvan Muxtar Respublikasında, Müdafiə Nazirliyinə məxsus «N» saylı hərbi hissədə qeydə alınıb. Müdafiə
Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev «APA»ya
açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, hadisə əsgər Qaybalı
Məhərrəmovun silahla ehtiyatsız davranışı nəticəsində baş verib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
«MediaPost Azərbaycan»
|