saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Cəbhə

Naxçıvandakı “N” saylı hərbi hissədə əsgər vəhşicəsinə döyülüb! / 06.12.2010

Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissədə əsgər Səxavət Mehralıyev vəhşicəsinə döyülüb. Hadisə dünən baş verib. Bu barədə “Azadlıq”a  əsgərin bacısı Lalə Mehralıyeva məlumat verib.
Lalə xanımın sözlərinə görə, qardaşını hərbi hissədə əsgərlərə qan udduran bölük komandiri kapitan Rahib Mirzəyev döyüb. Əsgər yaxınlarına deyib ki, kapitan onunla prinsip aparır: “Qardaşımın sözlərinə görə, kapitan Rahib Mirzəyev uzun müddətdir onu narahat edir, hər gün bir bəhanə ilə söyür, döyür. Gah pul istəyir, gah telefonuna kontur yükləməsini tələb edir. Uzun müddətdir qardaşımı sobaçı olaraq gecələr növbədə saxlayır. Gecələr növbədə olan sobaçıya gündüzlər istirahət verməlidirlər, dincəlməsi üçün zaman ayırmalıdırlar. Amma kapitan qardaşımı nəinki yatmağa qoyur, üstəlik, hər gecə növbəyə yazır”.
Lalə Mehralıyeva bildirib ki, qardaşına qarşı uzun müddətdən bəri davam edən işgəncələr dünən pik həddinə çatıb. Kapitan Rahib Mirzəyev Səxavət Mehralıyevi paya ilə vəhşicəsinə döyüb: “Əsgərlərdən kimsə siqareti çəkib kötüyünü yerə atıb. Kapitan həmin siqaret kötüyünü görəndə başqa əsgərlərə yox, məhz qardaşıma hücum edib. Qardaşım siqaret çəkən deyil. Onu tanıyanlar, həmçinin əsgər yoldaşları bu faktı təsdiqləyə bilər. Kapitan Rahib Mirzəyev də bunu çox gözəl bilir. Amma qardaşımla ədavət apardığına görə ona hücum edib və paya ilə onun başına və ayaqlarına zərbələr endirib. Indi qardaşımın vəziyyəti ağırdır, başında alma boyda şiş var. Ayağa duranda gözləri qaralır, az qalır hüşunu itirsin. Həmçinin ayaqları da aldığı zərbələrdən şişib və o, addım ata bilmir”.
Lalə xanım onu da əlavə edib ki, baş verənlərlə bağlı Müdafiə Nazirliyi ilə də əlaqə saxlayıb. “Oradan mənə bildirdilər ki, tədbir görərik. Amma heç bir nəticəsi yoxdur. Qardaşımı hələ heç hərbi hissənin tibb məntəqəsinə də yerləşdirməyiblər”.

Lakin çox keçmədən Lalə xanım yenidən “Azadlıq”a müraciət edib: "Salam. Materialı yayımladıgınıza görə təşəkkür edirəm. Dünən gece Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri bizimlə əlaqə saxladı, artəq tədbir görülüb. Qardaşımla əlaqə saxladıq,  həkimlər müayinə ediblər. Tanrıya şükürlər ki, basındakı zədə çox dərin deyil. Kapitan barəsində lazımı orqanlar ölçü götürüblər. Qardaşım şikayətçi deyil. Valideynlərim şikayət etmək istəyirdilər, qardaşım onları yola gətirdi ki, lazım deyil. Kapitanın da pis adam olmadığını deyirlər. Hadisə zamanı bir qədər əsəbi imiş. Törətdiyi əmələ görə özü də peşmandır və artıq əsgərdən üzr istəyib. Bu məlumatı da yaymanızı xahis edirəm. Təşəkkürlər”.

Göründüyü kimi Lalə xanımın qardaşını döyən zabit haqqındakı münasibəti kiçik bir zaman kəsiyində "dəyişib". Əsgər  Səxavət Mehralıyevlə uzun müddət ərzində qeyri-qanuni davranan, onu hər gün söyən, ondan pul və telefon konturu tələb edən və nəhayət onu paya ilə vəhşicəsinə döyən bir zabit, nədənsə birdən-birə "yaxşı" adam olur və həmin gün sadəcə əsəbi oldiuğu bildirilir. Fikrimizcə buna səbəb doğrudan da həmin zabitin "yaxşı" adam olması deyil, əslində əsgərin özünə və ailəsinə edilən təzyiqlərdir.

Müdafiə nazirliyinin və hərbi prokurorluğun bu insidenti qanuna müvafiq şəkildə araşdıracağı və həmin zabitin cəzalandırılacağı birmənalıdır. Burada Lalə xanımın dediyi kimi əsgərin şikayət etməsinə ehtiyac yoxdur.


«MediaPost Azərbaycan»

349 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Mehman,  e-mail; mxqarabag@rambler.ru | 10.12.2010 | 17:30:16
Ey xalqımız bizim ən müqəddəs quran kitabında yazılıbki əsil müsəlman o kəsdirki yəni bir adam çətinə dara düşüb haray imdad edib kimisə səsləyib köməyə çagırırsa --əgər kim o dara düşmüş adamın səsinə səs verib harayına gedirsə deməli o adam əsil müsəlmandır. Bəs indi bu xalqımız görmürki bu hərbiçi qardaşımızı bu hakimiyyətin zabiti əsgəri döyür söyür bunu oxuyanda rəyin yazıb əsgərimizi müdafiyyə etmir kimlərsə düşünmürkü ki sabah onun balasının qardaşının qohumunun başına bunlar gələcək. Atalar ona görə deyibki güllə məndən keçdi qardaşıma dəydi elə bilki saman çüalına dəydi. Bax belə edirsinizki Qarabag torpagı əldən gedib birdəfəlik və hakimiyyət bu üsülla hanıya qaltax qoyub. Bilməyənlər üçün deyimki qaltax yəhəri əvəz edir xam atın belinə qoyurlar. Mən özüm 1-ci qrup Qarabag əliliyəm 17-di ildir Qarabag torpagının yarasını daşıyıram və əzabını agrısını çəkirəm..

 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium