saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
İdman

Qarabağ avrokuboklardan kənar qalmaq təhlükəsiylə üz-üzə / 22.11.2010

Azerisport xəbər verir ki, şənbə günü keçirilən oyunlarla müqayisədə bazar gününün qarşılaşmaları daha böyük əhəmiyyət daşıyırdı. Şübhəsiz ki, bu daha çox həmin oyunların iştirakçılarının turnir cədvəlinin üst pillələrində yer almasından irəli gəlirdi.
 
Bu oyunlardan daha çox maraq doğuranı mərkəzi arenada keçirilən «Neftçi» – «Qəbələ» görüşü idi. İlk dövrədə rəqibini 2:0 hesabı ilə məğlub edən Arif Əsədovun yetirmələri turnir cədvəlində liderliyini qorumaq üçün yenə eyni uğuru təkrarlamalıydı. Lakin Toni Adamslı Qəbələ təmsilçisi də son turlar məğlubiyyət tanımırdı. «Neftçi» cari mövsümdə doğma meydanda məğlub olmamışdısa, Qəbələ də son 7 oyunda meydanı məğlubiyyətsiz tərk edirdi.
 
Paytaxt təmsilçisi ilə vacib oyun öncəsi «Qəbələ»nin iki əsas hücumçusu - Deon Bartonla Branimir Subaşiçin oynamaması ciddi itki olsa da, qonaqlar onlarsız da zəif olmadıqlarını isbatlaya bildilər. Hər halda Adamsın komandası yüksələn xətt ilə inkişafını davam etdirir və bu gedişlə daha böyük uğurlar qazanmaq imkanına malik olduğunu sübut edir.
 
Günün paytaxtda baş tutan daha bir maraqlı qarşılaşması «Şəfa» stadionda oynanıldı. Burda cari mövsümün sürpriz komandalarından hesab olunan AZAL avrokuboklardakı uğurları ilə özündən söz etdirən «Qarabağ»ı qəbul etdi. İlk dövrədə bu komandalar arasındakı qarşılaşmada tərəflər qolsuz heç-heçəyə razılaşmışdı. Lakin bu dəfə meydan sahibləri ilk “üçlük”dəki, «Qarabağ» isə liderlər qrupuna daha da yaxınlaşmaq üçün mütləq qələbə qazanmalı idi.
 
Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda «təyyarəçilər»in heyətində sərgilədiyi oyunla fərqlənən Zohair Beouahinin dublu komandasına 3 xal qazandırdı. Qarabağ isə bu məğlubiyyətlə cari mövsüm 5-ci yenilgisini aldı.
 
Ötən tur «Bakı»ya da eyni hesabla (0:2) məğlub olan Ağdam təmsilçisinin demək olar ki, bütün üzvləri, rəsmiləri uğursuz çıxışı millinin təlim-məşq toplanışlarıyla bağlamaqdadı. Bu versiyanın öz təsirini göstərməsi mümkündür. Lakin bütün məsuliyyəti millinin təlim-məşq toplanışlarının üstünə atmaq da düzgün deyil. Hər halda «Qarabağ» rəhbərliyi problemə daha geniş nöqteyi-nəzərdən yanaşmalı və pis gedişin qarşısını almalıdı. Əks halda avrokuboklardakı ən böyük sevinc mənbəyimizi növbəti il Avropanın yaşıl meydanlarında görməyə də bilərik.
 
Son turda daha bir maraqlı qarşılaşma Lənkəranda keçirildi və «Muğan»la görüşdə «Xəzər-Lənkəran»ın gözlənilən qələbəsinin şahidi olduq. Bu oyunu daha çox karyerasını qürub çağını yaşayan Alim Qurbanovun ifasında bir aktyorun tamaşası kimi də dəyərləndirmək olar. Hər halda məhz bu futbolçunun dublu Mirça Rednikin komandasına vacib 3 xal qazandırdı və liderin xal itkisindən maksimum yararlanan cənublular xal fərqini minimuma endirdilər.

«MediaPost Azərbaycan»

266 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium