saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Mədəniyyət

Eldar Mansurov: «Azərbaycanda musiqi ölür» / 22.11.2010

Tanınmış bəstəkar deyir ki, yaranmış xaosa qarşı mübarizə aparmağa Bəstəkarlar İttifaqının gücü çatmır

Son illər bayağı musiqilərin kütləviləşməsi, peşəkar, səviyyəli musiqini üstələməsi narahağlıq doğurmaya bilməz. Kimi bu işdə müğənniləri, kimi bəstəkarları, kimi televiziyanı, kimi də dövlət qurumlarını günahlandırır. Tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədr müavini Eldar Mansurov müsahibəsində bu barədə ətraflı danışdı.

- Eldar bəy, son vaxtlar dinləyicilərə yeni yaradıcılıq işlərinizi çox az təqdim edirsiniz. Bəziləri bunu tükənməyinizlə bağlayır...

- Bu gün çox az yazıramsa, o demək deyil ki, "qabımda su qalmayıb". Mövcud vəziyyət məni həvəsdən salır. Hələ 1960-cı illərdə, SSRİ-yə Xruşşov rəhbərlik edəndə, o, özfəaliyyətə xüsusi diqqət ayırmışdı. Nəticədə, mədəniyyət evlərindən çıxan xalq yaradıcılığı daha çox yüksəldi, peşəkarlıq isə aşağı düşdü. Son 10-15 ildə Azərbaycanda da özfəaliyyət geniş vüsət alıb. Yerindən duran mahnı, şeir yazır, oxuyur, daha nə oyunlardan çıxır. Cəmiyyətimizin aynası olan televiziyada isə savadı, tərbiyəsi olmayan bəzi şəxslər aparıcılıq edirlər. Elə bil onları küçədən tapıblar. Televiziya, mətbuat insanlar üçün örnək olmalıdır. Amma efirimizdə "alə" ilə danışır, qızlar onlara yaraşmayan hərəkətlər edirlər. Baxanda utanırsan. Bütün "xəstəliklərimiz" elə televiziyadan başlayır. Telekanallar reytinqlərini qaldırmaqdan ötrü hər oyundan çıxırlar. Buna görə də özünə hörmət edənlər, abırını qoruyan sənətkarlar kənara çəkilirlər.

- Belə bir dövrdə Bəstəkarlar İttifaqı niyə tədbir görmək istəmir?

- Bəstəkarlar İttifaqının öz fəaliyyət istiqaməti var. Məsələn, mərhum bəstəkarların doğum və ya anım günü münasibətilə tədbirlər keçirir, rayonlara səfərlərimiz olur. Elə Bəstəkarlar İttifaqının nəzdindəki zalda tez-tez müxtəlif konsert və tədbirlər keçirilir. Mədəniyyət və Turizm Nazirliyi ilə də sıx əlaqədəyik. Görülən işlər barədə ittifaqın saytında ətraflı məlumat var.
Yaranmış xaosa qarşı mübarizə aparmağa Bəstəkarlar İttifaqının gücü çatmır, çünki bu, ilk növbədə televiziya və radio ilə bağlıdır. İradlarımızı dəfələrlə bildirmişik, Bədii Şura mütləq olmalıdır. Bunu deyəndə bizi qılıncla qarşılayırlar. Deyirlər, siz kommunist dövrünə qayıtmaq istəyirsiniz. Amma Bədii Şurada incəsənətin hər sahəsindən ağsaqqallar otururdu, doğru yol göstərirdilər. Bugünün peşəkar bəstəkarların hamısı Bədii Şuranın məhsuludur. Bu gün isə sərbəstlikdir deyə, meyxana da efirə çıxarılıb. İstəməzdim o, xalq yaradıcılığı ilə eyni səviyyədə qiymətləndirilsin. Ona sənət də demək olmaz! Bədahətən, ürəkdən söz demə əvvəldən aşıq sənətinə məxsus olub və o, meyxanadan daha yüksəkdədir. Bir-birini söyüb təhqir etmək isə xalq yaradıcılığı deyil.

- Bu gün bəstəkar kimi daha çox mahnı janrında fəaliyyət göstərənlərin adı hallanır.

- Əgər həmin şəxslər peşəkardırsa, buna pis baxmıram. İndiki əksər müğənnilər, nədənsə, ifa etdikləri mahnıların müəlliflərinin adlarını çəkmirlər. Camaat da unudur ki, müəllif kimdir. Qorxurlar ad çəkməyə, birdən reklam olar, hamı ancaq bizim mahnılarımızı oxuyar. Məgər bizim mahnılarımızla böyüməmisiniz? Nadir hallarda, tək-tək müğənnilər fürsət tapanda adımı çəkirlər. Onlar aramla danışanda, aparıcı tez ağzının üstündən vurur ki, birdən çaşıb adımı çəkər. Bu, başqa müəlliflərə də aiddir. Belə işlərin nəticəsidir ki, Azərbaycanda musiqi ölür, hətta deyərdim ki, ölüb.

- İnanmaq olmur ki, bilərəkdən Sizin kimi görkəmli bəstəkarın adını çəkmək istəmirlər.

- Məncə, bu, bilərəkdən edilir, çünki hər şeyə görə pul istəyirlər. Sovet dövründə mədəniyyət xalqa məxsus idi, indi isə onu konkret fərdlər idarə edir.
Bu gün müğənnilər bir mahnının aranjemanı üçün 1000-2000 manat xərcləyir, amma bəstəkara pul ödəmək istəmirlər. Hətta bəzi tanınmış müğənnilər özlərinə təhqir sayırlar ki, bəstəkara pul verib mahnı alsın.
Əvvəllər Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Teleradio Şirkəti, "Azkonsert" Birliyi öz solistləri, müğənnilər üçün bəstəkarlardan mahnılar alırdılar. O vaxtkı hesabla, buna görə yaxşı pul da verirdilər. Əgər maaşlar 120 manat idisə, bir mahnıya 150 manat verilirdi. Müstəqillik əldə etdikdən sonra hər şey kapitalistləşməyə başladı, açıq münasibətlər yarandı. Yəni müğənnilər mahnını bəstəkarlardan özləri gəlib pulla almağa başladılar. Amma bu, çox çəkmədi - 7-8 il. Sonra özfəaliyyətçilər düşdülər ortaya, başladılar öz mahnılarını havayı verməyə. Bir müddət sonra isə onlar da mahnılarını pulla satmağa başladılar və elə vəziyyət yarandı ki, onlar peşəkarları bazardan sıxışdırdılar. Mənim müğənnilərlə münasibətim sırf peşəkar səviyyədə idisə, özfəaliyyətçilərin müğənnilərlə yoldaşlıq, rəfiqəlik münasibətləri yarandı. Bundan sonra hamı peşəkar bəstəkarlardan uzaq qaçmağa başladı.

- Mahnı yazmaq nə dərəcədə çətindir?

- Yaxşı mahnıları hamı tanıyır. "Sevgilim", "Saçlarına gül düzüm", "Sürəyya" kimi mahnıları hər kəs əzbər bilir. Çünki bu mahnılar elə peşəkar əllərdən çıxıblar ki, zəif yerləri yoxdur. İndikilər də "yazırlar", hamısı da "nömrə bir"dir. Mahnılarını burada eşidirsən, orada yaddan çıxır.
Peşəkar bəstəkar və şairlərlərə çox az müraciət olunduğundan, son dövrün mahnılarının hamısının sözləri həvəskar cızma-qarasıdır. Musiqini də ordan-burdan oğurlayaraq, aranjemanın dəyişərək özününküləşdirirlər.

- Ekspertiza vasitəsilə sübut etmək olarmı ki, hansısa mahnı filan bəstəkara məxsusdur, yoxsa plagiatdır?

- Əlbəttə mümkündür. Cavanşir Quliyevlə mənim mahnılarımı səhv salmaq olar? Emin Sabitoğlu, Ramiz Mirişli, Səid Rüstəmov - hərəsinin öz dəst-xətti var. Adı yazılmasa da, bilinir ki, iş, üslub kimə məxsusdur. Bədii Şura nə deməkdir? Ekspertlər yığılır. Onlar qiymət verəndən sonra deyirlər ki, bu mahnını ortaya çıxarmaq olar, ya yox. Edvard Maya mənim "Bayatılar"ımı götürüb kompozisiya etmişdi. Sübut etmədimmi mənim musiqimdir?!

- Müəllif kimi mahnılarınızdan istifadə olunmasının müqabilində qonorar alırsınız?

- Televiziya və radiolarda, konsertlərdə mahnılarımın səslənməsinə görə, demək olar ki, 1 qəpik qonorar almıram. Dünyanın hər yerində bəstəkarın notlarından ifa ediləndə, ona qonorar ödəyirlər. Sevet imperiyasını söyürük, amma o dövrdə də belə qanunlar var idi. İndi deyirik müstəqilik, irəli gedirik, amma o qanunları götürüblər. Bilmirəm Müəllif Hüquqları Agentliyi nə iş görür?

- "Zəngimsell"dən də heç nə almırsınız?

- Bir təşkilat var, onun üzvüyəm. Oradan ilin axırında 130-150 manat pul alıram. Bilmirəm, onlar "Zəngimsell"ə bağlıdırlar, ya yox. Hərdən soruşuram, tutarlı bir söz demirlər. Müəllif Hüquqları Agentliyi isə ümumiyyətlə belə işlərlə məşğul olmur. Biz müəlliflərə çatacaq qonorarı haradan alacağımızı bilmirik. Görün, mahnılarımız nə qədər ifa olunur? Dünyanın hər yerində. Hamısına görə pul verilməlidir. Danışanda - dünya şöhrətli bəstəkar deyirlər, amma qanuna kim riayət edir?

- Bəs, "Bayatılar"a görə maddi təzminat aldınız?

- Hər halda bu işi yoluna qoydum. Xaricdə uzun illər boyu mənə türkmən bəstəkarı deyirdilər. Amma məni kim müdafiə etdi? Özüm! Bundan sonra dünyanın hər yerində bildilər ki, "Bayatılar" Azərbaycan bəstəkarı Eldar Mansurova məxsusdur. Mənim kimi incəsənət adamlarını gərək dövlət qurumları çağırıb problemlərlə maraqlansınlar. Amma bizi ancaq jurnalistlər axtarır.

- Bəzən Sizin kimi bəstəkarlara irad tuturlar ki, opera, simfonik əsərlər yazmırlar.

- 20 minə opera yazarlar?! Moskvada "Çikaqo" müziklinin tamaşaya qoyulması üçün 5 milyon ayrılmışdı. Bizdə isə o pulun yüzdə birini də vermək istəmirlər. Operanı yazana kimi bəstəkarın canı çıxır. Sənətkarlara qiymət qoymurlarsa, qəpik-quruş verirlərsə, o, necə dolansın? Nədən həvəslənib yazsın?
Hərdən xaricdə həyata keçirilən konsert layihələrinə baxıram. Ortaya gözəl işlər çıxarırlar. Bilirəm ki, onlardan da yaxşı işlər görə bilərik. Amma orkestri çağırmaq, neçə-neçə insanı məşğul etmək üçün böyük pullar lazımdır. Bizdə bu işə qəpik-quruş verirlər. Ona görə də iş yoxdur.

- Yəni opera yazmaq bu qədər çətindir?

- Cızma-qara demirəm, normal operanı yazana kimi bəstəkarın həyatının böyük hissəsi gedir. Bu günədək Puççininin, Cüzeppe Verdinin, Çaykovskinin operaları yaşayır. Azərbaycanda opera deyəndə əsasən "Leyli və Məcnun" nəzərdə tutulur. Heç "Koroğlu"nu o qədər də oynamırlar. Çox zaman hər yerdə "Koroğlu"nun üvertürasını çalırlar. Yəni opera janrı bizdə yox səviyyəsindədir. Hanı "Natəvan" operası? Belə əsərləri 4-5 ayda bir dəfə çalırlar, yəni bizdə bunlar da var. Amma onlar dünya operaları ilə ayaqlaşa bilirlər?! Fikrət Əmirovun "Sevil"i gözəl opera idi. O da bolşeviklərlə bağlı olduğundan, əvvəl dəyişdirdilər, sonra da tamam yığışdırdılar. Baletimiz də elə. "Min bir gecə", "7 gözəl" kimi baletlərimiz var. Güclə sıxıb nədənsə balet düzəldirlər. Amma bunlar dünya səviyyəsinə çıxacaq əsərlər deyil.

- Son vaxtlar bəzi bəstəkarlar müzikl yazmaq eşqinə düşüblər. Müzikl yazmaq operanı yazmaqdan daha asandır?

- Xeyr! İkisi də eyni cür əziyyətlidir. Musiqinin dominantlığı ilə səhnə əsəri yaratmaq çox çətindir.

- Gövhər Həsənzadə və gənc bəstəkar Emin Şahin müzikl yazacaqlarını demişdilər...

- Onların qabağına 2 milyon da qoy, opera yaza bilməyəcək. Bu, həvəskar işi deyil. Operanı yazmağa istedaddan başqa, həm də çox böyük savad lazımdır. Bu, mahnı deyil ki, bir nəfər oxudu, iş bitdi. Operada duetlər, triolar, kvartetlar, ariyalar var. Orkestr cürbəcür şeylər çalır, mizanları bilməlisən. Yalandan "mən yazıram" deməklə deyil ki...

- Vəziyyət ürəkaçan olmasa da, sevənləriniz Sizdən yeni işlər gözləyir.

- O qədər əsərlərim var ki, ortaya çıxara bilmirəm. Bunun üçün yaxşı pul lazımdır. Maddi imkan yoxdursa, nədən danışaq?! Artıq bazar söhbətlərindən bezmişəm.
Yaradıcılığımla maraqlananlar internetə - you tube saytına girsinlər. Orada simfoniyalarım, kvartetlərim, romanslarım, kinolara yazdığım musiqilər və s. var.

Elşad ÜMİD
MİA




314 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Zümrüd xanım,  e-mail; zmrd@inbox.ru | 14.01.2012 | 06:28:26
Biz sizin əsərlərinizi çox sevirik.Arzu edirəm ki,maddiyatı çox olan şəxslər sizə,Azərbaycan mədəniyyətinin düzgün inkişafına kömək edəcəklər.Yeni mahnılarınızı eşitmək ümidi ilə sizə can sağlığı diləyirik.

 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium