saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Mədəniyyət

İnam Evində “İnam Evi Günü” törəni keçirilib / 20.11.2010

Törəndə  İnam Ata kitablarının və Ocaq geyiminin təqdimatı olub

 «İnam Evi – İnamçılığın tək ünvanı!»

 Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalının mediapostaz.com-a verdiyi məlumata görə, İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağı 13 Yağış ayı 32-ci (13.11.2010) ildə İnam Evində “İnam Evi Günü” törənini keçirib.  

Tədbirdə İnam Ata nəşrlərinin (I, II Kitablar, “Kutsal Öyrəti”, “İnamın Gəlişi”)” və ruhani Ocaq geyiminin təqdimatı olub. Törəndə Ocaqçılarla yanaşı, inamçılar, Ocaqsevər aydınlarımız iştirak ediblər. 

Öncə İnam Evinin həyətində tonqal yörəsində Mütləqə İnam Ocağının Odqoruyanı (Ruhani Başçısı) Safruh uğurlama – qarşılama sözü deyib: “İnam Evi-insana, insan qəlbinin gözəlliyinə inam deməkdir.  Evin mövcudluğu bunun təsdiqidir. Qoy o Ev qəlbinizi heç  yerdə tərk etməsin!

Onu da deyim ki, İnam Evi qəlbinizin gözəlliyini  yaradan deyil – oyadandır!“

Sonra Mərasim-törən İnam Evində davam etdirilib. Törəni giriş sözüylə açan Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruh  “İnam Evinin özü, Evin gündəliyi, Evin iç işləri, Evin budaqları” mövzusunda danışıb, İnam Evinin müqəddəsliyinin ulusal-xəlqi özülə əsaslandığını ayrıca vurğulayıb.

Habelə Ocağın Ruhani Başçısı “İnam Evi – Ruhani təzahür mərkəzi”; “Evə sayğı – Ev yiyəsinə sayğıdır”; “İnam Evində olmaq – Ata hüzurunda olmaqdır” mövzularında danışıb.

Ata nəşrlərindən söz açan Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı (I,II Kitablar – “Mütləqə İnam,  “Mütləqləşmək – Var Olmaq”, habelə “Kutsal Öyrəti, “İnamın Gəlışi” kitabları barəsində danışıb, bu nəşrlərin əsl müqəddəslik yönü,  aqibəti yaratmaq qüdrətində olduğunu əsaslandırıb: “Çünki İnam Atanın yazdıqları ilə ömrü arasında qırıqlıq olmadı.  Atanın Ocağı da onun dediyi, istədiyi kimi yaşamaqdadır”.

Yolnur Atalı Şəmkirdə İnam Evi tikmək istəyindən danışdı, artıq bu işə başlamaq üzrə olduğunu dedi: “Şəmkirdə Ocaq sorağı geniş yayılıb. İndi başlıca məsələ orada İnam Evi tikməkdir”.

Ocaq geyimi haqqında Yolruh Atalı bunları deyib: “Ocaq geyimi milliliklə ruhaniliyin birliyini əks etdirir. Belə ki, o, biçimcə milli, məzmunca ruhanidir. Paltarlar  Azərbaycan Türklərinin milli geyimləri əsasında düzəldilib. Ruhaniliyin başlıca göstəricisi geyimlərin bədənə yapışmaması, əzaların qabarıq hiss olunmaması və bəzəksizliyidir.  Kişi paltarları köynək, şalvar, arxalıqdan ibarətdir. Qadınlar da köynəklə tumanın üstündən arxalıq geyinirlər. Atlas parçadan tikilən geyimlərdə İnam Atanın buyuruğuna əsasən Ocağın üç rəmzi rəngindən istifadə edilib: Ocaqda göy rəng səmanın, sarı günəşin, ağ işığın rəmzidir. Ocaq bayrağında da bu üç rəng əksini tapıb”.

Son Ocaq işlərinin qısa icmalını Uluruh Atalı verib: “Bir ildə Ocağa 7 evlad gəlib. Bu, Ocaq tarixində ayrıca qeyd edilməli hadisədir. Eləcə də İnam Evində və ondan qıraqda keçirilən çoxcaylı görüşlər, ziyarətlər Ocağın möhtəşəm xalqlaşmasının sübutudur”. 

Qonaqlar – İnamçılar, Ocaqsevər aydınlarımız “İnam Evi Günü”nün məzmununa uyğun söz deyiblər.

Professor Nizami Tağısoy Ocağın son bir ildəki  uğurlu gedişləri barəsində danışıb: «Ocaqçıların gördükləri iş qıraqdan – Ocağı sevənlər arasında daha böyük, fərəhli görünür”.

O, habelə Ata haqqında yazı yazdığını da ayrıca vurğuladı: “Uzun müddətdir ki, bu yazı üzərində düşünürdüm. Ata haqda  yazmaq çox məsuliyyətli işdir. Bu yazıda Atanın özünəməxsus, bənzərsiz düşüncə yönünü açmağa çalışmışam”.

Tanınmış ədəbiyyatşünas Maarif Teymur dedi: “Biz bu gün Ata işini həm qoruyuruq, həm də nəsildən-nəslə ötürməyi bacarırıq. Ocağın soraqları yaxşı yayılır. İctimai fikrimizdə Ata mərhələsi yarandı”.

Tanınmış araşdırmaçı Aydın Qarabağlı Atayla bağlı özünəməxsus müşahidələrinin olduğunu bildirdi. O, İnam Evindəki törəndən aldığı məmnunluğunu dilə gətirdi.

Şair Mübariz Məsimoğlu Ataya, Ocağa sayğılarını

ifadə  etdi, Ata ideyalarının bundan sonra  daha inamla xalq içinə, ictimai mühitə yeriməsini arzuladı.

Dəyərli aydınımız Baba Əhmədli: “Ata haqqında işlədilən “Peyğəmbər”, “Ruhani” sözləri dindəki  mənaları daşımır, tamamilə fərqli anlamları var” – dedi.   

Ocaq dostu Qəşəm Ruhdaş,

ağac üzərində xəttoyma ustası Seyfədin Mənsimoğlu, Ataya böyük sevgi bəsləyən Yaşar Türkazər, Ocaq Dostu Davud müəllim, güneyli Səid Səfəri və başqaları   Ocaqçılara uğurlar dilədilər.

Ocaq Dostu Müşfiq Borçalı: “İşiniz böyükdür. Sizə uğurlar arzulayıram” – dedi. Professor Əli Abbas Borçalı elində Ataya böyük sevgi olduğunu bildirdi. Aşıq Məsim Sadaxlı sazda el havalarını ifa etdi.

Bildirək ki, Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruh öz evini Ocaqçıların istifadəsinə verib. Ocaq Evladları həmin Evin biçimini dəyişərək İnam Evi düzəldiblər. İndi Mütləqə İnam Ocağı İnam Evinin yaradıldığı günü «İnam Evi Günü» törəni kimi qeyd edir. İnam Evi – İnamçılığın tək ünvanı, Mütləqə İnam Ocağının müəyyənliyini təsdiq edən başlıca şərtlərdən sayılır. 



«MediaPost Azərbaycan»

264 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium