saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Mədəniyyət

Xalq Artisti Vasif Adıgözəlovun “Çanaqqala-1915” oratoriyası səsləndirilmişdir / 29.10.2010

AzərTAc xəbər verir ki, Xalq Artisti Vasif Adıgözəlovun 75 illik yubileyinə həsr olunmuş musiqi festivalı çərçivəsində oktyabrın 28-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkarın “Çanaqqala-1915” oratoriyası səsləndirilmişdir.
Filarmoniyanın foyesində sənətkarın həyat və yaradıcılığına həsr edilmiş fotosərgi nümayiş etdirilmişdir. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev unudulmaz bəstəkarımız V.Adıgözəlovun mənalı ömür yolu və zəngin yaradıcılığı haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan muğamlarının mahir bilicisi, görkəmli xanəndə Zülfü Adıgözəlovun ailəsində doğulub boya-başa çatmış Vasif Adıgözəlovun xalq musiqisi mühitində tərbiyə olunması onun yaradıcılığının milli zəmində formalaşmasına bilavasitə təsir göstərmişdir. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki Bülbül adına Orta İxtisas Musiqi məktəbinin fortepiano sinfində alan V.Adıgözəlov bəstəkarlıq sahəsində erkən addımlarını atmışdır. Təhsilini davam etdirən V.Adıgözəlov Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını iki ixtisas - dahi Qara Qarayevin bəstəkarlıq üzrə sinfini, professor Simuzər Quliyevanın isə fortepiano sinfini fərqlənmə diplomları ilə bitirmişdir. Sevimli müəllimi Q.Qarayevdən müasir bəstəkarlıq texnikasının incəliklərini mənimsəməklə pianoçuluq məharətinə yiyələnməklə yanaşı, V.Adıgözəlov xalq musiqisi qaynaqlarından bəhrələnərək öz zəngin təxəyyülünün məhsulu olan orijinal əsərlər yaratmışdır.
Bəstəkar iki operanın – “Ölülər” və “Natəvan”, 6 musiqili komediyanın - o cümlədən “Nənəmin şahlıq quşu”, “Hacı Qara” (R.Mustafayev ilə birgə), “Boşanaq, evlənərik”, “Aldın payını, çağır dayını” və s., həmçinin “Odlar yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala-1915”, “Qəm karvanı” oratoriyalarının, 3 simfoniyanın, “Segah” muğam-simfoniyasının, “Mərhələlər”, “Afrika mübarizə edir” və s. simfonik poemaların, 6 instrumental konsertin, bir çox kamera-instrumental əsərin, mahnı və romansların, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqilərin müəllifidir.
Bu gün bəstəkarın əsərləri nəinki Azərbaycanın, habelə dünyanın bir çox ölkələrinin musiqi ictimaiyyətinə yaxşı tanışdır. Bu gün də Vasif Adıgözəlovun əsərləri müxtəlif beynəlxalq musiqi festivallarında məşhur dirijorların təfsirində səslənir, görkəmli kollektivlərin və ifaçıların repertuarına daxil edilir, respublikamızın musiqi təhsili ocaqlarında tədris olunur, disklərə yazılır.
“Çanaqqala-1915” qəhrəmanlıq epopeyasına ilk dəfə Azərbaycan bəstəkarı Vasif Adıgözəlov müraciət etmiş və bu monumental əsər Türkiyə xalqının həyatında əlamətdar bir hadisə kimi yüksək qiymətləndirilmişdir.
Vurğulanmışdır ki, sənətkarın zəngin yaradıcılığı və geniş ictimai-pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmişdir. V.Adıgözəlov Xalq Artisti fəxri adına, Dövlət mükafatına, müstəqil dövlətimizin iki ali mükafatına – “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülmüşdür.
Gecədə dirijor, Əməkdar İncəsənət Xadimi Yalçın Adıgözəlovun və Azərbaycan Dövlət xor kapellasının bədii rəhbəri, Xalq Artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında səsləndirilən “Çanaqqala-1915” oratoriyası maraqla qarşılanmışdır.
Tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç və digər rəsmi şəxslər iştirak etmişlər.
Festival oktyabrın 31-dək davam edəcəkdir.

«MediaPost Azərbaycan» (MPA)

272 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium