saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Rizvan Yardımlı

ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?... / 25.12.2014



Elm, texnikanın inkişafı insanları yeni-yeni layihələrə qədəm qoymağa vadar edir. Bu isə insanları elmə yaxınlaşmağa , təcrübi sahələrlə məşğul olmağa sövq edir. Tədris müəssisələri gündən-günə artır, universitetlərdə tələbələrin sayı get-gedə çoxalır.

Vaxtikən yazarlar, şairlər, dahilər və belə elm adamları cəmiyyətdəki elmsizlik və cahillikdən şikayətlənirdilər. XIX-XX əsrlərdə S.Ə.Şirvani, C.Məmmədquluzadə, M.Ə.Sabir kimi dahilər əsərlərində bu məsələyə xüsusi predmetdən yanaşmış, məsələnin həlli yolunu axtarmağa çalışmışdılar. Bu da təsadüfi deyil ki, H.Zərdabinin Azərbaycan mətbuatının əsasını qoyduğu "Əkinçi" qəzeti, C.Məmmədquluzadənin redaktorluğu ilə yaranmış "Mollla Nəsrəddin" jurnalı kimi mətbu orqanlar cəmiyyəti məhvə sürükləyən savadsızlıqdan söhbət açmışdır. Belə mətbu orqanlar cəmiyyətin geridəqalmasını savadsızlıqla əlaqələndirmişlər. Həqiqətən də o vaxtkı cəmiyyət avam, sadəlövh idi. Biz bunu M.F.Axundzadənin əsərlərində aydın görə bilərik. Belə desək, M.F.Axundzadənin komediyalarının əsasını cəmiyyətin təhsildən uzaqlaşması təşkil edir. Cəmiyyətin təhsilsiz qalması ilə yanaşı XIX-XX əsrlərdə insanların kortəbii şəkildə dinə bağlılığı da cəmiyyətin geridəqalmasından xəbər verirdi. Çünki, indi necədirsə həmin dövürlərdə də dindən bir silah kimi istifadə edirdilər.İndiki kimi şəriət cəmiyyətdə formal xarakter daşıyırdı. S.Ə.Şirvaninin "Tələbənin hadisəsi", "Elmsiz alim", "Köhnə elmdən şikayət", "Avam ata ilə alim oğlu", "Fəqih ilə oğlu", "Müctəhidin təhsildən qayıtması", satiralarında şəriəti və dini quldurluq silahına çevrmiş ikiüzlü din xadimlərini, "Köpəyə ehsan", "Allaha rüşvət", "Dəli şeytan", "Yerdəkilərdən göyə şikayət", "Riyakar abid", "Münəccimlər yalançıdırlar" satiralarında isə bir sıra tipik ruhani surətləri yaratmışdır. Bu da təsadüfi deyilki şairin əxlaqi-didaktik əsərlərinin ana xəttini maarifçilik ideyaları təşkil edir. "Molla Nəsrəddin" jurnalı digər mətbu orqanlardan fərqli olaraq savadsızlığın tənqidi nöqteyi-nəzərdən daha da irəli gedirdi. Hətta jurnalın üz qabığında Tiflis rəssamı Oskar Şmerliqin çəkdiyi karikatura müsəlman dünyasının qəflət yuxusunda olduğunu təsvir edir. Tənqidi realizim ədəbi cəryanını formalaşdıran "Molla Nəsrəddin" ədəbi jurnalı yarandığı vaxtdan süqut etdiyi vaxta qədər satira yolunu tutmuşdur. Cəmiyyətdə tüğyan edən savadsızlığa qarşı kəskin mövqedə dayanan M.Ə.Sabir,M.S.Ordubadi, Ə.Nəzmi, Ö.F.Nemanzadə, Ə.Qəmküsar, Ə.Haqverdiyev, M.M.Şəbüstəri, Ə.Əzimzadə və başqaları bu ədəbi məktəbin görkəmli nümayəndələrindəndir.

Bununla yanaşı Cəfər Cabbarlı " Sevil" əsərində əsil həqiqətlərdən söhbət açmışdır. Burada ədib Gülüş obrazı ilə Sevili mənən ayıltmışdır. Sevil əvvəllər avam qadın olsa da Gülüşün təsiri ilə ali təhsilli qadın səviyyəsinə yüksəlir. Əsərdə Sevil müəllifi olduğu "Azərbaycan qadınlığının inkişaf yolu" kitabı avam mühitin oyuncağına çevrilmiş qadınların ayılmasına, inkişafına səbəb olmuşdur. Və ya M.Ə.Sabirin "Oxutmuram, əl çəkin" kimi satirik şeirləri keçən əsrlərin acınacaqlı savadsız cəmiyyətin düşdüyü vəziyyətindən xəbər verir. Əslində XXI əsrin savadsızlığı heç də əvvəlki əsrlərdən fərqlənmir. Əsas fərq ondadır ki, o vaxtkı savadsızlıq elmin az tədris olmasından və yaxud heç tədris olmamasından cəmiyyət acınacaqlı hala düşmüşdü. Hazırda universitetlərdə oxuyan tələbələrin əksəriyyəti istəmədikləri ixtisaslara sahib olduqlarından gələcəkdə işlədikləri vəzifədə rol oynaya bilmirlər. Bu isə cəmiyyət tərəfindən birmənalı qarşılanmayan bir faktdır. XXI əsrin savadsızlığı keçən əsrlərin savadsız cəmiyyətindən heç də fərqlənmir. Sadəcə tələblər dəyişib, zəmanənin hökmünə uyğun olaraq dövran yeni bir mühit ilə əhatələnmişdir. O vaxt təhsilin olmamasından dolayı insanlar elmsiz qalmışdılar, indi isə təhsilin kortəbii şəkildə inkişaf etməsindən dolayı gənclər elmsiz qalır.Keçən əsrin insanları azca da olsa dinə bağlı idilər. Söz yox, dindən bir silah kimi istifadə olunsa belə!. XXI əsrdə isə təhsil ocaqlarında tez-tez şahidi olduğumuz etikadan kənar hərəkətlər müasir savadlı Azərbaycan gəncinin dinə, savada bağlılığından xəbər vermir. Bu da danılmaz bir faktdır ki, savadlı olmaqdan dolayı kitab oxuyan, savadla qidalanan gənclərimiz azlıq təşkil edir. Çoxusu universitetə qəbul olmaq xatirinə gözdən pərdə asmaq üçün oxuyurlar. Bu isə savadlı olmaq demək deyil. Əslində universitet təhsilin ibtidaisidir. Bu bir daha sübut edir ki, Sabir, Cəlil kimi dahilərin maarifsizlik haqda yazdıqları əsərləri heç də öz aktuallığın itirməmişdir.

Daim axtarışda olan, oxumaqdan və öyrənməkdən yorulmayan insanlar savadlı və uzaqgörəndirlər. Əsl peşəkarlıq budur. Məhəmməd Peyğəmbər (s.ə.ə.) belə demişdir: "Beşikdən qəbir evinədək oxumaq lazımdır". İnsanı kamilləşdirən, mənən yüksəldən tək vasitə elmdir. 
412 dəfə oxunub | 0 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

 
Arxiv (son 15 yazı)
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Bayraq - öz yurduma öz hakimliyim

Əhəmiyyətli telefon nömrələri

Şəmkir nümayəndə heyəti Belarus Respublikasında



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

March

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium