saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Qalib Qadir

Vətənkeş əxlaqı / 23.09.2012








Tamlıq və bütövlük
tənlə vətəndaşın vəhdətindədir.

Vətənimizin vurğunu, xalq təəssübkeşi Kamran Rəhimov (Gəngərli) “İnsannamə” əsərində yazır: “Ey insanlar! Yediyin çörəyə, içdiyin suya, udduğun havaya, gəzdiyin torpağa xəyanət etmə! Çörək də müqəddəsdir, su da, hava da, torpaq da”. Vətən insanın anasıdır. Vətənə məhəbbət anaya məhəbbətdir! Vətən də müqəddəsdir, ana da”

 Doğrudan da Vətən-azərbaycanlıların şərikli anasıdır. Heç kəs ondan ayrıla bilmir. Üzeyir Hacıbəyov yazır ki, bir nəfər imkanlı Bakı sakini Ağdama getmək istəyərkən bir həftə evdə götür-qoy edir, yır-yığış aparır, arvad-uşaq göz yaşı axıdır. İngilis isə qəflətən Londondan Hindistana getmək lazım gəlirsə, elə limandan evə xəbər göndərir ki, o, Dehliyə yola düşdü.

Hər bir ölkə və xalq həm ərazisinə, həm əhalisinə, həm də adət-ənənəsinə görə özünəməxsus xüsusuiyyətlərə malikdir. Azərbaycan dalbadal iki əsr yadların, özgələrin vətəni olub və köhnə cəmiyyət bir növ buna elə alışıb ki,  uzun illər Azərbaycanlı öz vətənində özünü kölə kimi hiss edib, nə dili sayılıb, nə də özü. Azərbaycanlı doğma vətənin ögey övladı kimi künc-bucaqda görünməz olub, amma o, yenə vətəndən ayrıla bilməyib, Vətəni Allah bilib, ona səcdə edib.

Yəqin ki, çoxları müşahidə edib, Azərbaycanda ziyarətgahlar hədsiz dərəcədə çoxdur. Az qala hər obanın, hər kəndin öz siyarətgahı var. Bunlar adətən gözəgəlimli dağ, qaya, ağac, qala, qəsr, məqbərə və məbədlərdən ibarətdir. “Vətənə gəldim, imana gəldim” kəlamının arxasında azərbaycanlının Vətənə səcdə, inam və etiqad istəyi ifadə olunub. Fikir versəniz görərsiniz ki, azəri “Ana Vətən” sözlərini hər yerdə böyük hərflərlə yazır. Bu ölkədə Vətən nemət, bərəkət və həyatdır. Vətən azərbaycanlının çörəyi, milli qüruru, müqəddəs ocağı və doğma anasıdır. O, mənsəbdən, məsləkdən əvvəl torpağa bağlıdır.

1980-ci ilin əvvəllərindən başlayaraq jurnalist kimi mən  Azərbaycanı, demək olar ki, qarış-qarış gəzmişəm, ölkənin bütün rayonlarında, şəhərlərində, qəsəbə və kəndlərində olmuşam, el-obamızın əksər yerlərini, yaylaq-qışlaq hər yanı gəzib, dolanmışam. Şah dağın, Baba dağın, Murovdağın, Kəpəzin, Gəmiqayanın, Əlincənin, Qoşqarın, Qobustanın, Keçəldağın, Hərtizin, Ağbulaq dağlarının ətəklərində anamız təbiətlə baş-başa verib doğma torpağın seyrinə dalmış, füsünkar Vətənimizin əzəmət və gözəlliyi qarşısında əfsunlanmışam. Hər yerdə Vətənlə soydaşlarımızı vəhdətdə görmüşəm. Sonralar yaşa dolduqca, ölkə ilə daha yaxından tanış olduqca görmüşəm ki,  Kür qırağının adamları Kür kimi çılğın, dağ adamları dağ kimi əzəmətli, şoranlıq sakinləri şoran kimi turş, çöl adamları bu çöllərin özü kimi çeniş qəlbli, bağ-bağat adamları bahar kimi təravətli. əkin-biçin adamları torpaq kimi səxavətlidir. Hər kəs doğulub boya-başa çatdığı əraziyə, torpağa, burdakı ab-havaya çox oxşayır. Sanki bu yerlərdə insanları anaları deyil, yaşadıqları torpaq doğub. Bəlkə də buna görədir ki, Azərbaycanda xalq arasında hər hansı sahədə tanınmış, istedadlı və görkəmli bir şəxsiyyət yetişəndə adətən belə deyirlər:- Torpaq yetişdirir!  Yaxud da, kimsə xoşagəlməz bir iş görsə, belə deyirlər:- Suyundan, havasındandı.

Doğrudan da, məziyyət və mərəzləimizin mayasında mühitimiz, təbimizin kökündə təbiətimiz durur. Azərbaycanlılar sanki zəngin təbiətimizin bir parçasıdırlar: bu bölgənin adamı heç də o biri bölgənin adamına oxşamır. Bu mənada Azərbaycan xarakterlər qalareyasıdır. Burda az qala hər kəsin öz sifəti, öz siması var. Dağ havası udanlarla  dəniz havası udanlar bir-birinə oxşamadığı kimi, çöl havasında pərvəriş tapanlarla bağ havasında boya-başa çatanlar da eyni deyil. Hərənin öz “havası”, öz təbi, öz təbiəti var. Bu cəhətdən Abşeron yarımadası Azərbaycanın ən “havalı”yeridir. Bura hər an şimaldan dağ, şərqdən dəniz, Qərbdən çöl, cənubdan bağ-bostan havası gəlir.

Bu müşahidələrimin və təəssüratımın  kökündə mənim müqəddəs Vətənimin, hələ zədələnməmiş  erməni qəsbkarlarının murdarlamadığı pak və bakirə obrazı durur. Artıq 15 ildən çox davam edən Qarabağ niskilinin mənə verdiyi dərs bundan ibarətdir ki, Vətən yaddaşı ən uzunömürlü, ən kövrək və ülvi yaddaşıdı. Zaman ötdükcə çox şey unudulur, öz təravət və təsirini itirir, yalnız Vətən yaddaşı solmur, sönmür və silinmir. Əksinə, qəlbdə zaman-zaman qübar edir, daim və təkrar-təkrar  canlanır. Bundan da aydın görünür ki, ən kamil tamlıq vətəndaşla Vətənin vəhdətidir. Ziyalı dostum Ələsgər Ağayevin fikrincə, “İnsan təməlindən tam deyildir, odur ki, həmişə tamamlanmağa can atır. Kimi tamlığı dostda, kimi sevgidə, kimi var-dövlətdə, kimi elmdə, kimisi də başqa şeylərdə axtarır”. Doğrudur, hamı tamlığa, bütövlüyə can atır və hər kəs bunu bir şeydə görür. Mən isə ən kamil və mükəmməl tamlığı Vətənlə vətəndaşın vəhdətində görürəm. Təməl Vətəndir. Doğma, əziz və müqəddəs Ana Vətən!..



200 dəfə oxunub | 0 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

 
Arxiv (son 15 yazı)
Vətənkeş əxlaqı
Bizim millət: Məziyyətlərimiz və mərəzlərimiz
Avropada ağlınıza, Azərbaycanda adınıza güvənin
Vətən qiymətlidir, yoxsa vətəndaş?
Şikəst talelərin iniltisi
Amaşovun sələflərinə min şükür
“Qara siyahı” aşiqlərinə açıq məktub
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

Dövlət orqanlarının internet saytları

Bayraq - öz yurduma öz hakimliyim

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Şəmkir nümayəndə heyəti Belarus Respublikasında

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Mirzə Səyyah «Quba»da



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

January

»
            01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium