saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Nərmin Məmmədli

Ilk “avropalı” azərbaycanlı / 24.08.2012








Azərbaycanın qədim yaşayış məskənlərindən olan Şahtaxtı kəndi məşhur Şahtaxtinskilərin ata mülkü olmuşdur. XIX və XX əsrdə Azərbaycan elminə, mədəniyyətinə çox dəyərli şəxsiyyətlər bəxş edən bu soyun məşhur nümayəndələri təəssüf ki, bugün az tanınır. Onlardan bəzilərini xatırlatmaq yerinə düşər: Xaricdə təhsil almış ilk azərbaycanlı qadın Leyla Şahtaxtinskaya, ilk azərbaycanlı qadın həkim-ginekoloq və elmlər doktoru Adilə Şahtaxtinskaya, Moskva və Qars müqavilələrinin bağlanmasında müstəsna xidmətləri olan diplomat, ictimai xadim Behbud ağa Şahtaxtinski və başqaları. Bu soyadın daşıyıcılarından biri də tanınmış publisist, şərqşünas, dilçi, pedaqoq və ictimai xadim Məhəmmədağa Məhəmmədtağı Sultan oğlu Şahtaxtinskidir. 

 

Zəmanəsinin görkəmli şəxsiyyətlərindən olan Məhəmmədağa Şahtaxtinski Naxçıvanın Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. İlk təhsilini Naxçıvan şəhər məktəbində aldıqdan sonra 1863-cü ildə Tiflis klassik kişi gimnaziyasına daxil olmuş və oranı müvəffəqiyyətlə bitirmişdir. Daha sonra Peterburqa üz tutan M.Şahtaxtinski orada alman dilini öyrənərək Almaniyanın Leyspiq Universitetində fəlsəfə, tarix və hüquq elmlərinə dərindən yiyələnir. 1869-cu ildə universiteti bitirib təhsilini yenidən davam etdirmək üçün Parisə gedən Şahtaxtinski burada( 1871-1875- cil illər) Şərq dilləri məktəbinə daxil olur və tezliklə elmi fəaliyyətə başlayır.

 

7 xarici dili mükəmməl bilirdi

Ana dilindən başqa rus, alman, fransız, ingilis, türk, ərəb və fars dillərində əsərlər yazan ziyalımız ilk elmi fəaliyyətini Şərq tarixinə dair tədqiqatlara həsr edir.  Fransada yaşadığı müddətdə Fransa Kollecində və Ali Təcrübi Təhsil Məktəbində şərq dillərində dərs deyir, Sorbonna Universitetində fonetika sahəsində tədqiqat işləri ilə məşğul olur. Bu zaman içərisində fransız dilində bir çox nəşrləri işıq üzü görür, beləcə tədqiqatçı və şərqşünas kimi böyük şöhrət qazanır. Xidmətlərini Fransa Maarif Nazirliyi fəxri diplom ilə təltif edir.
O1899-cu ildə Beynəlxalq Fonetika Cəmiyyətinin, 1900-cü ildə Beynəlxalq Asiya Cəmiyyətinin, 1903-cü ildə isə Rusiya Imperator Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin həqiqi üzvü seçilir.

 

M.F.Axundovun layiqli davamçısı idi

M.Şahtaxtisnkinin Azərbaycan dilçilik elminə çox böyük xidmətləri olmuşdur. Xüsusən onun əlifba islahatı diqqətə layiq hadisə sayılır. Bu sahədəki ilk tədqiqat əsəri olan “Təkmilləşdirilmiş müsəlman əlifbeyi” kitabı 1879-cu ildə Tiflisdə nəşr etdirir. Bu əsər Şərq aləmində əlifba haqqında ilk araşdırma sayılır.

 

O mətbuat tariximizdə də silinməz izlər buraxmışdır. “Moskovskiye vedomosti”, “Novoye vremya”, “Kavkaz”, “Rossiya” kimi dövrünün nüfuzlu mətbuat orqanlarında çoxsaylı məqalələr dərc etdirmişdir. 1894-cü ildə «Tiflis» adlı qəzet buraxmaq üçün senzuraya müraciət edir, lakin müsbət cavab ala bilmir. Daha sonra mülkünün bir hissəsini sataraq “Qeyrət” adlı mətbəə açır. Və mətbəəni təmənnasız olaraq Mirzə Cəlilə verir. Qeyd edək ki, bu mətbəədə «Molla Nəsrəddin» satirik jurnalı çap olunurdu.

 

 “Şərqi-rus”  anadilli ilk gündəlik qəzet idi

1891-ci ildə yeganə anadilli mətbu orqanı  olan “Kəşkül” qəzetinin nəşri dayandırıldıqdan sonra dövrün ziyalıları yeni bir qəzet arayışına çıxdılar. Onlardan ilk olaraq Şahtaxtinski öz istəyinə çata bildi. Lakin diqqət çəkək ki, belə bir qəzetin nəşri rusların da xeyrinə idi. Xaricdən gətirilən mətbuatı rus çarizmi azərbaycanlılar üçün “təhlükə” sayırdı. Ona görə də oxucunu xarici mətbuatın təsirindən qoruya biləcək anadilli qəzet onların da işinə yarayırdı. Və beləcə bu məqsədlə yaradılmış komissiya tərəfindən M.Şahtaxtinski Tiflisə dəvət olunur, “Şərqi-rus” qəzetinə redaktor təyin olunur. Şahtaxtinskinin qəzetin adını  "Şərqi-rus" qoymaqda başlıca məqsədi qəzetin əsasən rus aləminə həsr edilməsi idi. Bugünkü düşüncəmizlə bu bizə yanlış gələ bilər. Lakin o dövrlərdə mətbuata sərt siyasi senzuranın tətbiq edilməsini göz önünə alsaq, hər şey aydın olacaq.

 

 Birinci nömrədə qəzetin çərşənbə, cümə və bazar günləri çıxan bir türk qəzeti olduğu vurğulanırdı. Şahtaxtinski çox keçmir ki, dövrün ziyalılarını- - Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi və başqalarını öz ətrafında toplayır. Qəzetdə ana dili ilə bağlı islahatlar, qadın azadlığı, hicab (örtük) məsələsi, maarifin yayılması, məktəblərdə təhsil sisteminin inkişaf predmetləri və s. məsələlərlə bağlı çoxlu sayda yazılar dərc olunur.

 

M.Ə.Rəsulzadənin ilk əsəri “Şərqi-Rus”da çap olundu

 “Şərqi-rus” Azərbaycan mətbuat tarixində bir çox ilkləri ilə yadda qaldı. Bu qəzet Azərbaycanda Qərb standartları ilə çap olunan ilk gündəlik Azərbaycan qəzeti idi. Görkəmli siyasi xadim M.Ə.Rəsulzadənin ilk mətbu əsəri  olan “Bakıdan məktub”, Mirzə Cəlilin «Poçt qutusu» hekayəsi məhz bu qəzetdə çap olunmuşdu. Lev Tolstoyun yaradıcılığından Azərbaycan dilinə ilk tərcümələr də  “Şərqi-rus”un səhifələrində işıq üzü görüb. Qeyd edək ki, 1904-cü ilədək (262 nömrə) qəzetin redaktoru M.Şahtaxtlı, 1905-ci il 15 yanvaradək (392-ci nömrəyədək) isə C.Məmmədquluzadə olub.

 

Ə.Topçubaşov, Ə.Ağayev və M.Şahtaxtinski –üç aqilin davası

“Şərqi-rus” nəşr olunduğu ilkin zamanlarda yuxarıda qeyd etdiyimiz kimi Şahtaxtinski dövrün ən qabaqcıl ziyalılarını ətrafına toplamışdı. Lakin zaman keçdikcə müəyyən fikir ayrılıqları onlar arasında ziddiyətlərin ortaya çıxmasına səbəb olur. Xüsusən  Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev və Şahtaxtinski arasında ciddi polemika baş verir. Əslində hər üç qələm sahibi qəzetin nəşrini ilkin alqışlayanlar olub. Hətta Şahtaxtinski də bunu etiraf edir. Lakin qəzetin məqsəd və vəzifələrinə dair fikir çaxnaşmaları dövrünün ən böyük ziyalılarını qarşı-qarşıya gətirdi. Burada şəxsi qərəzdən söhbət gedə bilməzdi, bu  “dava” ictimai məzmun daşıyırdı. Çünki hər kəs kimi onlar da bu qəzetə çox ümid bağlamışdılar. Lakin Ə.Ağayevin qeyd etdiyi kimi “Şərqi-Rus” gözlənilən meyarları təmin etmirdi.“Şərqi-rus” qarşıya qoyulan məqsədlər baxımından lazımi yüksəklikdə dayanmır. Qəzetin tonu etik və praktik baxımdan arzuedilməzdir, tutduğu istiqamət isə onu mütləq məhvə aparacaq”-deyə o, həmkarını işinə ciddi yanaşmamaqda ittiham etmişdi. Bu barədə daha geniş şəkildə Professor Vilayət Quliyev “Üç aqilin davası” yazısında xeyli maraqlı məqamlar yer alır.

 

İlkin olaraq qəzetdə narazılıqların əsas səbəbi H.Z.Tağıyevin Tiflisdə bir müsəlman məktəbini himayəyə götürdüyünü, ancaq sonradan köməklik göstərmədiyi  barədə tənqidi yazının dərc edilməsi idi. Bu zaman bir çox qələm dostlarının kəskin etirazına qəzet “Hacı Zeynalabdinin qələm qoçuları” adı ilə onları suçladı. Beləcə bu məqam üç mühüm ziyalı arasında “Kaspi” və “Şərqi-rus” qəzetlərində yer almaqla söz duellosuna qədər gətirib çıxardı. Əslində Ə.Topçubaşov və Ə.Ağayev qələm dostlarına doğru yol göstərmək istəyirdilər, lakin bilinməyən səbəblərdən Şahtaxtinski bu məsələni şəxsiləşdirərək hər iki ziyalıya qarşı qəzetində təhqir dolu yazılara yer verirdi. Sevindirici məqam odur ki, ömrünü millətinə xidmətə sərf edən hər üç aqilin davası xoşluqla nəticələndi. “Şərqi-rus”un redaksiya və mətbəəsinin Bakıya köçürülməsi ilə bağlı onlar arasında razılıq əldə olundu. Bu ərəfədə Şahtaxtinski qəzet vasitəsi ilə səhvlərini etiraf etməsi qələm dostları tərəfindən çox yüksək qiymətləndirildi. H.Z.Tağıyev öz növbəsində nəşri maliyyələşdirməyi öhdəsinə götürmüşdü. Ə.Ağayev isə “Şərqi-Rus”la əməkdaşlıq edəcəyinə söz verir. Lakin Peterburq Senzura Komitəsinin Ə.Topçubaçovun naşirliyi, Ə.Ağayev və Ə.Hüseynzadənin redaktorluğu ilə “Həyat” qəzetinin nəşrinə icazə verməsi bu planı yarıda qoyur. Beləcə “Şərqi-rus” qəzetinin nəşri dayandırılır.

 

“Şərqi-rus”u nüfuzdan salan amillər nə idi?

Ərəb əlifbasını islah etməkdə Mirzə Fətəli Axundovun işini davam etdirməyə çalışması M.Şahtaxtinskinin müsbət təşəbbüsü olsa da, layihədəki ciddi nöqsanlar onu həyata keçirməkdə maneəçilik törədir. Bu barədə "Tərcüman" qəzetinin redaktoru İ.Qasprinskinin onu tənqid etməsi qəzetin nüfuzunu aşağı salır. Əlavə olaraq bəzi yazıların Şahtaxtinskinin icadı olan “Məhəmmədağa əlifbası” ilə çap olunması, “Şərq-rus” naşirinin milli qüvvələrə qarşı Rusiya hakimiyyətinə yaltaqlıqda ittiham olunması, onun M.Katkov, yaxud A.Xaçaturov kimi türk-müsəlman dünyasına düşmən kəsilən irticaçı jurnalistlərlə əlaqədə suçlanması, Şahtaxtinskinin saf-çürük etmədən redaksiyaya göndərilən bütün materialların qəzetdə yerləşdirməsi kimi məqamlar “Şərqi-rus” un sonunu hazırlamışdı.

 

İlk azərbaycanlı professor

Qəzet bağlandıqdan sonra Şahtaxtinski siyasətə atılır. Belə ki, 1907-ci ilə Naxçıvan mahalından Rusiyanın II Dövlət Dumasına deputat seçilir. Duma buraxıldıqdan sonra Peterburqda “Rosiyya” qəzeti ilə əməkdaşlıq edir. 1908-1918-ci illərdə Türkiyə, Iran, Iraqda yaşayan ziyalı 1909-1912-ci illərdə Rusiya Imperiyasının Türkiyədəki səfirliyində tərcüməçi-jurnalist kimi fəaliyyət göstərmişdir.


1919-cu ildə yenidən vətənə qayıdan Şahtaxtinski Bakı Dövlət Universitetinin yaradılmasında çox yaxından iştirak edir. Azərbaycanın ilk ali məktəbində Şərq dilləri və ədəbiyyatından mühazirələr oxuyur. Və  Sovet hakimiyyəti dövründə  Azərbaycanda ilk professor adına layiq görülən şəxs olur. 1922-ci ildə ictimai-siyasi və pedaqoji fəaliyyəti göz önünə alınaraq, Şahtaxtinskiyə fərdi pensiya təyin olunur. O 1931-ci il dekabrın 12-də 85 yaşında Bakıda vəfat etmişdir.


Şahtaxtıda məktəb açdırır

M. Şahtaxtinski hər zaman təhsilin, maarifin inkişafını mütləq sayırdı. O, doğulduğu Şahtaxtı kəndində dövlət məktəbinin açılması üçün xeyli səy göstərir. Lakin maliyyə çatışmamazlığı bəhanəsi ilə onun müraciətləri cavabsız qalır. Daha sonra maliyyə yardımı üçün Qarsda komendant işləyən yaxın qohumu, Əbülfət ağa Şahtaxtinskiyə müraciət edir və onun köməkliyi ilə 1888-ci ilin oktyabrında doğulduğu kənddə ikisinifli zemstvo dövlət məktəbi açmağa nail olur.

“Quran-i Kərim”i fransız və rus dilinə tərcümə edir

M. Şahtaxtinski bir sıra tərcümələr ilə də tanınır. Onun “Qurani-Kərim”i orijinaldan fransız və rus dillərinə tərcüməsi istənilən dövr üçün böyük hadisə sayılırdı.

 

Ölümündən 40 il sonra bir qrup ziyalı onun adını Şahtaxtı kənd orta məktəbinə verilməsinə nail olur. Lakin 2005-ci ildə məktəbin adı akademik Zərifə Əliyevanın adı ilə əvəz edilir. Addəyişmə zamanı M. Şahtaxtinskiyə aid olan lövhə də məktəbdən çıxarılır. Beləcə bir çox ziyalılarımız kimi M.Şahtaxtinski də tarixin tozlu səhifələrindən kənara çıxa bilmir.

542 dəfə oxunub | 0 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

 
Arxiv (son 15 yazı)
Ilk “avropalı” azərbaycanlı
“Cinsi tərbiyəsizlik”
Rus tarixini yaradan türk
“Azərbaycan Qadınının Dubaya gedən yolu”
14 fevral-“ağıldan kəmlərin bayramı” və ya “əxlaqsızlığın son gecəsi”
Körpə genosidinə dair “ayıb söhbət”
Oxumuram, əl çəkin!
Keçmişinə etiraz edənlər, zatı olmayan “görməmişlər”
Urmiya gölünün məhvinə qarşı fars istehzası, türk etirazı
Qədim türklərdə bayraq anlayışı
“Zərif” əsgərlər orduda xidmət edə bilərmi?
Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə rolu
Yusuf Akçura- “Türkçülüyün tarixi ondan başlanır”
Günahsız günahkar və ya əsirlikdəki qadın
Sən xanımsan, Vətən qeyrəti hara, sən hara?
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Əhəmiyyətli telefon nömrələri

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)

Bayraq - öz yurduma öz hakimliyim



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

June

»
      01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30    
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium