saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Yasin Türksoy

Dövlətçiliyə Nurçuluq təhlükəsi / 28.04.2012



Balalarımızın beyninə təhsildə yeridilən psixoloji əsarət – Sakit işğal

Nurçuların  iziylə...

Zamanımızda, Vətənimizin sürətlə özgələşdirildiyi bir vaxtda nəzarətsiz Azərbaycanda eninə-boyuna yayılan təriqətlərdən biri də Nurçuluqdur (“Nur tələbəsi”).

Türkiyədə başlayıb, ABŞ-da qərarlaşan, Avropaya sızan şəbəkə Qafqazı aşıb Mərkəzi Asiya ölkələrinə də geniş yayılmaqdadır.

Nurçuluğun prinsipləri sünniliyə yaxın olduğundan Azərbaycanda yayımında təriqət faktoru əsas götürülərək  çoxluqla sünni bölgələrinin seçilməsi da əvvəlcədən hesablanmış plandır. Hadisələrin bu qədər uyğun,üst-üst düşməsi xeyli ip ucları ələ verir. Nurçuluğun Azərbaycan yayımcılığı haqda bir qədər sonra...

 

Qısa bir arayış:  Siyasi hədəflər... Məqsədlər 

Təriqət mənsubları – Nur Camaatı,  əshabələr isə – Nur tələbələri adlanır. Türkiyədə Səid Nursinin əsəsını qoyduğu və Fəthullah Gülən tərəfindən geniş yayılmağa başladılan Nurçuluq təriqətinin yönətimciləri hədəflərinə çatana kimi “ılımlı və xoşgöru İslam” (mülayim və liberal İslam) görüntüsünü davam etdirməkdərirlər.

ABŞ-n  dəstəklədiyi  Türkiyənin Xomeynisi  Fətullah Gülən sisteminin məqsədi Turkiyə dövlət idarəçiliyini devirib,  Osmanlı Xəlifətliyi coğrafiyası tipində dini (teokratik) dövlətə  –  Türk İslam Dövlətinə çevirmək, anayasanı (konstitusiya) dəyişmək əsasında şəriət dövləti qurmaq durur. İran İslam İnqilabı kimi Türkiyəyə biçilmiş işlər gedir. İran İslam İnqilabında xalq Xomeyninin istiqamətləndirməsində İslam İnqilabına inanmışdı. Sonra nə oldu, olan Xalqa oldu. Xalq haqq və hüquqlarından məhrum oldu. Nə qədər dövri mücadilələr edilsə də hədər oldu, nəticəsi olmadı. Turkiyəni “beşinci kolon” deyilən içdən parçalamaq yönündə Qərb – ABŞ birliyi Nurçuların rəhbərlərinə iqtisadi-maliyyə yardımını əsirgəmir. Perspektivdə “Kürdüstan” məsələsi qərarlaşıb. Qərb siyasi dairələri yaxşı bilir ki, Türk ruhunu öldürmək üçün dini əsarət Türkiyəni Qərbdən asılı salmağın, məqsədləri reallaşdırmağın ən yaxşı yoludur. Və beləliklə yol başladılar... Türkiyədə bu işin gerçəkləşməsinə rəvac verən, özünü Yaxın Şərqdə “Ərəb atası” kimi sərgiləyən Türkiyənin Qorbaçovu (ifadə Soylu Atalı’nındır) Ərdoğandır.  Ərbakandan  Ərdoğana Türkiyədə ciddi Ruhani Dirçəliş, Türk Ruhunun oyanması getməyib, tam tormozlanıb.

Nurçuluq Türkiyədə ordudan sonrakı ən güclü təşkilatlanmış şəbəkədir.  Hakimiyyət sıralarına yol tapmaq, hakimiyyətdə təmsil olunan məmurlarla əlaqələr qurmaq, yeni tərəfdaşlar tapmaq, dövlət obyektlərində qərarlaşma Camaata tapşırıqlardandır. F. Gülən hərbi, hüquqi, təhsil və mülki təşkilatların ələ keçirilməsini vacib bilir. Ərdoğanın məqsədi də Türkiyənin əsrlərlə formalaşan Ordusuna əl qoymaqdır. Yüksək rütbəli hərbiçilərin həbsi, “Ərgənəkon” iddianaməsi, “Demokratik açılım” ( “Kürd açılımı”)  sistemli işin davamıdır. Türkiyə ictimaiyyəti iqtisadi sıçrayış inkişafı ilə tovlanıb. Türkiyə ictimaiyyətinin yuxuya verilməsi, gözlərinin bağlanmasını da iqtisadi rifah çaşdırıb. Nurçuların kommersiya şirkətlərinin bu qədər uğurlu olması kommunist düşüncəsinə dayanır; özündən al, özünə ver.

 

Sosial Fəaliyyətləri – Təşkilatlanma

Dühalara da əl atmaq, hami çıxmaq maraqları yenə də məqsədlərini kamuflyaj edir. Məsələn; Mövlana Cəlaləddin Ruminin xatisinə həsr olunmuş beynəlxalq simpozium, Atatürk haqqında yazılar, lobbiçilikdə iştirak, ümumtürk ağrı və acılarını dilə gətirmək, TV-Media sahəsində baza yaratmaq, əməkdaşlıq etmək, tərəfdaşlıq qurmaq, dünyanın bir çox ölkələrində türk məktəblərinin qurulması, təhsil üzrə respublika və beynəlxalq olimpiadalarda iştirak, Türk Dili Olimpiadaları (Beynəlxalq Türkcə Olimpiadalar) təşkili, ictimai-siyasi hadisələrdə, hərakatlarda yaxından iştirak, konsert proqramları təşkil etmək və s...

Fəthullah Gülənin istiqamətləndirməsi ilə indiyədək 90-dan çox ölkədə təxminən 500 lisey, özəl məktəblər (ibtidai təhsil məktəbləri),  400-dən çox təhsil və dil kursları, universitetlər, tələbə yataqxanaları (nurçu yurdları), vəqflər (idarə), biznes şirkətləri açılmışdır. Bu təşkilatlar vasitəçiliyi ilə 100.000-dən çox şagirdə təhsil verildiyi təxmin edilməkdədir. 

Türkiyədən Azərbaycana təhsil almağa gələn tələbələrin bir hissəsini Nur Camaatı təşkil edir və Şəbəkə tərəfindən maliyyələşdirilir.

 

Nur Camaatının yayınları 

“Zaman”  Türkiyənin ən çox satılan qəzetlərindəndir. Gündəlik tirajı 1 milyona (!!!) yaxındır. Həm də Türkiyənin ilk İnternet qəzetidir. Ayrıca olaraq ABŞ, Avropa, Azərbaycan, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan və Rumıniyada yerli buraxılışda nəşr olunur. Nur Camaatı şəbəkəsi 10-dan artıq müxtəlif  jurnal nəşr edir və İnternet resursları kifayət qədərdir.  Məşhur “Aksiyon” junalı da nəşrlərinə aiddir.

 

Sistemin  iş prinsipi  gizliliyə meyilli fəaliyyət (ən önəmli tapşırıq), tərəfdarlarının son dərəcə quruma bağlılığı, təsirli və qərarlı mərkəzi idarəetmə sistemi ilə çalışan şəbəkənin olmasıdır.

Daxildə və Xaricdə   Dövlətin və Millətin içinə təhsildən yerimək hərəkəti ön xətdə durur.

Türk təşəbbüskarlar tərəfindən Türkiyə xaricində məktəb açılmasında Fəthullah Gülənin təşviqləri təsirli olmuşdur.

İndi fətullahçıların görəvi camaatı – Xalqı kapsamaq və kontrolda saxlamaqdır. Maliyyə bazaları imkan verir.

 

 

“Azərbaycan planı”  –  Strateji məqsədlər

 

“Asiya Dialoqu” İctimai Birliyi  və “Qafqaz Media Mərkəzi”nin fəaliyyəti haqqında

Əsasən iç bölgədaxili və region ətrafı ölkələrin tələbələrinin, jurnalistika və TV jurnalistika sahəsində çalışan şəxslərin seminar müzakirələrini təşkil etmək, təcrübə mübadiləsi, staj proqramları – ixtisas təkmilləşdirmə kursları, sertifikatla təmin olunma, layihə çərçivəsində Türkiyənin nüfuzlu TV-Media qurumlarına işlə təmin olunma, ali məktəblərdə təhsil almaq, ezamiyyət səfərləni gerçəkləşdirmə imkanının yaradılması kimi ən müxtəlif maarifləndirici funksiya yerinə yetirirmiş kimi görüntülənib . Üzdə hər şey yaxşı görsənir, əsasda isə köklü dəyişikliklər gedir. Və bu “maarifləndirmə” işində iştiraka ünlü şəxsləri dəvət etməklə, öz tərəflərinə çəkməklə özlərinə pərəstişkar, tərəfdaş toplayırlar. Bu isə işin təbliğat maşınıdır.

Tanış isimlərdən  –  “ANS”-dən tanınan, 2005 –ci ildə təsis edilən “Asiya Dialoqu” İctimai Birliyinin həmtəsisçisi və başqanı (eyni zamanda Qafqaz Media Mərkəzinin də başqanı) Sevil Nuriyeva, bu birliyin 2007-ci ildən yaradılan layihəsi  –  Qafqaz Media Mərkəzinin koordinatoru və “Asiya Dialoqu” İctimai Birliyinin icraçı direktoru,  jurnalist Könül Şamilqızı və s. Birliyin adı – “Asiya Dialoqu” özlüyündə işartılar yaradır. Açımı – təriqətin Asiyaya yayıcılığına işarədir.

 

Təhsil təbliğatı  –  “Çağ” Öyrətim İşlətmələri”

Nurçuluq Azərbaycan təbliğatına hiss edilməyəcək tərzdə təhsil sistemindən başladılıb, çox ağıllı bir düşüncədir toxum əkmək. Azərbaycanda Nurçuluğun özəyini  “Çağ” Öyrətim İşlətmələri” Məhdud Məsuliyyətli Müəssisə nəzdində fəaliyyət göstərən şirkətlər qrupu təşkil edir. Türkiyədən gəlmiş iş adamlarının “müştərək təhsil müəssisələri açmaq” təklifləri xeyli şübhələr yaradır.

Türkiyənin dünyada açılan ilk Türk Liseyi – “Naxçıvan Özəl Türk Liseyi”!          Azərbaycana yönəlik gözlərin 1991-ci il 18 oktyabrında burada Sovet idarə üsulunun ləğvindən, Müstəqilliyin yenidən bərpa aktı – “AR Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı”ndan 14 gün sonra, 1 noyabrda  ilk dəfə Naxçıvanda fəaliyyətə başladılar. Azərbaycana gətirilən bir çox pozuculuğun adı Heydər Əliyevlə bağlı olduğu kimi, bunun da razılıq gəlişi Əliyevlə bağlıdır.

Fəaliyyətlərini cilalamaq üçün hakim rejimin maraqlarına uyğun davranışı yaddan çıxatmayıb üsulluca müdafiə edirlər. Bu sırınmalara bir neçə misal; “Şirkətin fəaliyyətə başlaması görkəmli siyasi və ictimai xadim, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır... Muxtar Respublika Parlamentinə sədrlik edərkən Türkiyə maarifçilərinin müştərək təhsil müəssisələri açmaq barədə təkliflərini qəbul etmiş...” ,  “Prezident İlham Əliyevin diqqət və qayğısını daima hiss edən Universitet kollektivi...” ,  “Azərbaycanda elm və təhsilə daima himayədarlıq etmiş  Heydər Əliyevin şəxsi göstərişi ilə...” ,  “Universitet Elmi Şurasının qərarı ilə ümummilli lider Heydər Əliyevin adına təsis olunmuş xüsusi təqaüd  və digər təqaüdlər...”  və b.

İlk yerləşməyə Naxçıxan (“Naxçıvan Özəl Türk Kolleci” adıyla. 1 dekabr, 1991),  Bakı və Sumqayıt şəhərlərində başlamışlar.

 

Azərbaycan-Türkiyə Özəl  Ümumtəhsil Müəssisələri  (“Çağ” Öyrətim Şirkətinin layihələrindən):

 “Araz” Hazırlıq” Kursları – Zaqatala, Qax, Şəki, Gəncə, Mingəçevir, Şamaxı, Şirvan, Lənkəran, Sumqayıt, Bakı (Bakıda əsas korpus, Nəsimi rayonunda), Xətai, Sabunçu (Bakıxanov qəsəbəsində).

Bakının Nizami rayonunda da fəaliyyət göstərirlər, Bərdə rayonunda isə kursun aşılış işləri gedir.

Azərbaycan - Türkiyə Özəl Türk Liseyləri  – Şəki, Mingəçevir, Gəncə, Ağdaş, Quba, Şirvan, Lənkəran, Sumqayıt, Bakı.

“Zaman” Öyrətim Şirkəti nəzdində Naxçıvan Türk  Liseyləri  – Naxçıvan Türk Liseyi, Ordubad Qız Liseyi,  Ak. Əhməd Mahmudov adına Şərur Türk Liseyi.                     Naxçıvandakı təhsil müəssisələrinin adı qeyri-dövri və virtual nəşr prospektlərində əksər hallarda göstərilmir.

Bakı Özəl Türk Liseyinin regional filialları – Mingəçevir filialı,  Ağdaş filialı, Quba filialı, Şirvan filialı, Lənkəran filialı, Bakı Özəl Türk Liseyi “Dədə Qorqud” filial (Bakı şəhərində).

Öz məlumatlarına görə hər il liseylərinə orta hyesabla 8-10 min şagird müraciət edir.

 “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyası –  I-XI sinif şagirdlərini əhatə edir. Azərbaycan Respublikasının təhsil standartları əsasında aparılır.

“Qafqaz” İlköğretim Okulu (ibtidai təhsil məktəbi)   I-VIII sinif şagirdlərini əhatə edir. Məktəbə Türkiyə Cümhuriyyəti vətəndaşlarının uşaqları qəbul edilir və təlim-tərbiyə işi Türkiyə Cümhuriyyətinin təhsil standartları əsasında aparılır.

Şagirdlərə yay tətilində müxtəlif müddətli istirahət düşərgəsi, İngiltərədə və ABŞ-da dil kursları təşkil edilməsi bu qədər maliyyələrinin olmasına şaşqınlıq yaradır!

 

Diqqət yetirsəz görəcəksiz, bölgələr üzrə paylanmada Sünnilik faktoru əsas götürülüb.

 

 

“Araz”  Hazırlıq” Kurslarında vəziyyətlə bağlı

“Nur evləri”

Oğlanlar üçün qruplara “abi”lər, qızlar üçün qruplara “abla”lar başçılq və nəzarət edir. Abilər “Çağ”-ın yeni vaxtlarında Türkiyədən gətirilirdi, şirkət püxtələşmə mərhələsin adlaynadan sonra, artıq “yerli kadrlardan” seçilməyə başladı. Az qala hərbi rejim xarakterli kurs və yataqxanalarında şəriət qaydaları əsasında yaşam tədbiq edilir. Məs.: çörəyi sağ əl ilə kəsmək, “sinikers” şokoladı yeməmək ...

Abituriyentlər  “Zaman-AZƏR” MMC firmasının nəşr məhsulları və dini ədəbiyyatla pulsuz təmin edilir. Psixoloji təsir o qədər yeriyir ki, “Kərbəla-Aşura” məzmunlu filimlərin nümayişi zamanı zalda oturub ağlayanlar da olur, kursun təhsil müddətini tam bitirib evlərinə dönməyən məzunlar da olur.

Abituriyentləri şirnikləndirmək, abilərin tapşırıqlarını, buyruqlarını yerinə yetirmələrinə mənəvi borc yaratmaq üçün abilər abituriyentlərin bufet xərclərini öz istəklərindən gələn hal kimi ödəyirlər. Naşı abilər abituriyentlərə təpinsələr, vursalar belə “tələbələrin” onların üzünə ağ olmağa, çəmkirməyə mənəvi haqları çatmır. Abilər özləri də rəhbərliyə hesabat verirlər. (Çox mütəşəkkil iş qurulub).

 “Araz”  Hazırlıq” Kurslarında təhsil alan abituriyentlərdən kursda “yaxşı oxuyanlar”, dini təsirə düşənlər (“Nur Tələbələri”) – namaz qılmağı öyrənən, şəriət buyruqlarına əmal edənlər müəyyən vaxtdan sonra xüsusi evlərə – “Nur evləri”nə yerləşdirilir. Burada mədrəsə tipli molla təhsili verilir.

“Nur evləri”nin birinci məqsədi sosial baza  – insan qaynağı qazanmaq və yeni təsirə düşənlərin beyninə Camaatın təlimlərini yeritməkdir.

Nikah məsələsi də önəmli sayılır. Öz şəbəkələri daxilində ailə həyatı qurmaları üstünlük yaradır. Bu, nəzarətçi müəllimlər  –  “Abi” və “abla”lara da aiddir.

• Kursun adının hallanmaması üçün polisə girşmirlər. Hətta kursu bitirib təhsil haqqını ödəməyən məzunları belə polisə şikayət etmirlər.

Kursun məzunlarından 400-dən, 500-dən, 600-dən çox bal toplayanlar Qafqaz Universitetin ixtisaslarını seçməyə təhrik edilir. 100-dən, 200-dən aşağı və bundan yuxarı bal toplayanlara isə Bakı İslam Universitetinin Zaqatala filialı, AMİ-nin Şəki filalını və BDU-nun “Dinşünaslıq” fakultəsini seçim tapşırılır.

Bakıda “Damla”, Sumqayıtda Nizami Gəncəvi adına tələbə yataqxanaları (nurçu yurdları) fəaliyyət göstərir.

 

Azərbaycan yayınları və əhatəsi

Azərbaycanda “Zaman-AZƏR” MMC firması,  “Nurlar” mətbəəsi, “Zaman – Azərbaycan” qəzeti, “Ailəm” jurnalı mətbu orqanları, “Quba “Nur” Studiyası”, quzey zonasını əhatə edən “Nurlu Sabah” Uşaq-Gənclər təşkilatı (Quba r.),  “Araz” Hazırlıq” Kursları, “Araz” Yayınları” MMC,  “Araz” dərgiləri, dərsliklər, test bankları,  Qafqaz Universiteti,  tələbə yataqxanaları, Türkiyə İşbirliyi və Kalkınma İdarəsinin Azərbaycan üzrə Koordinatorluğu, Azərbaycanda yayımı dayandırılan “STV” (Azərbaycandakı mərkəzində həmən baza əsasınad “Xəzər” TV  təsis edildi) və d. şəbəkənin əhatəsinə aiddir. Qafqaz Universitetinin əməkdaşlıq siyahısını əsasən Türkiyə iş adamlarının təsis etdiyi şirkətlər təşkil edir.

İşin yayıcılığını stimullaşdırmaq üçün adların seçilməsində hərəkətdə olmağı bildirən əlamətlərə, nəsnələrə önəm verilir.

Mətbu orqanlarında məhsulun tirajının göstərilməməsi müəssisədaxili sirr kimi saxlanılır.Təhsil müəssisələrinin yerləşdiyi  bölgələrdə mətbu orqanlarının təmsilçilikləri  təşkil olunub. Təhsil müəssisələrini mətbu orqanlarla pulsus təmin edirlər.

 

6-11-ci sinif şagirdlərini qəbul edən liseylərdə oxuyanlara və hazırlıq kurslarında 2-3 il hazırlaşanlara daha ciddi yanaşılır.

Sevindirici hal budur ki, hərbi və güc strukturlarından – Hərbi həkimlik, Polis Akademiyası,  MTN və b. liseyin attestatın qəbul etmir. Bircə bu fakt fətullahçıların nə qədər təhlükə olduğuna kifayət dərəcədə sübutdur.

Yenicə formalaşan xam beyinlərə təsirdən, beyinlərə hakim olub oturuşandan sonra isə dövlətin total işğalına lap az qalır.

Bu sadalan faktlar  işin bəlli olan, bilinən tərəfləridir. Dövlət baba “Çağ” Öyrətim İşlətmələrinin müqaviləsinə yenidən əl gəzdirməli və ya  “Çağ”-ın hüquqlarını məhdudlaşdırmalıdır.

 

Sözün sonunda

Fətullahçılığa bağlı kadrların yetişdirilməsi gələcəkdə mühüm dövlət postlarının ələ keçirilməsini nəzərdə saxlayıb. Yadlığa qarşı dirəniş Millətin özümlü kişiləri tərəfindən sipər çəkilməlidir. Bu günün xırda bir güzəşti sabahın bölünmə, parçalanma, vətəndaş itaətsizliyinə gətirib çıxaracaq. Sistem qarşısına milli-mənəvi özüllü sistem qoyulmasa qarşısıalınma hədər olacaq.  İnamsız, əsassız, sistemsiz şəriətlər, təriqətlər, məzhəblər, sektalar burulğanı çıxılmazlığından bir yol var, – İnsanlığın, Azərbaycanın, Türk Dünyasının, ümum Bəşərin nicatı Mütləqə İnam Ruhaniyyatında bütünləşmək.

 

Qürub və Ata ayları, 33-cü il. Atakənd

(Avqust-Sentyabr, 2011. Bakı)

 

Türkel Araşdırma Qurumu

www.Turkel-aq.org

bilgi@turkel-aq.org

y.turksoy@mail.ru

838 dəfə oxunub | 5 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

Seyid, e-mail; SEYİDHECİ@MAIL.RU | 27.02.2013 | 11:04:22
Nurçular dediyiniz nəyi təbliğ edir? Mənim də övladım bu təhsil sistemində oxuyur. Heç bir dini dərsdən və ya sözdən söhbət belə olmur. Bilmədiyiniz məsələ barədə nədən yanlış məlumat verirsiniz?

elcin, e-mail; apoptoz9@gmail.com | 16.11.2012 | 04:06:53
hahahahaaaaaaaaa)))))Ale asagidaki serhleri oxuyub ne qeder guldumm alee)))Demekki cahillik bezen ele seviyyeye catarmis ki,insan gulmekden qess edermis)Hormetli yazar hec bilmirem sen bu serhleri oxuyannan sora gulmusen ya aglamisan)Evvela Abdullah al Hocuskanida get hara istiyirsen.Hocaymisss))))Konullerini acarmis ale aca-aca getdi bu fetullahcilar Allah axirin xeyir elesin)))ne deyim bunnari ve daha artiginnan melumatim var,sadece heqiqeten bu yazini burda gormeyime sad oldum.Firmalar muesseler hamisin ele yazmisiz.Tesekkurler, siz dogrulari yazin aydin meseledi fetoslarin beyni ele yuyulubki onnar sizin yazilariniza bunnan artiq cavab vere bilmezder)derrakeleri catasi deyil ona,amma umid ediremki neytral oxucular nese basa duserler..Islam boyun eymek deyil,Fetullahcilar bize bunu asilamaga calissalarda "muselman adamsan hecne eleme Allah cezasin verer" anlayisini qebul etmiyeciyik!!!bir daha TSK.

Yasin Türksoy, e-mail; y.turksoy@mail.ru | 12.05.2012 | 18:37:59
Her vaxtiniz xeyir. Şərhlərdə "Allah sene vicdan versin" kimi ifadələr olan "şərhləri" saytda yerləşdirməyə icazə vermək doğru deyil. Əgər öz aləmində Allahına, İnamına hörməti varsa təhqirə keçməz. Orada ünvan yazılıb, şərh yazanın qanacağı-mərifəti çatıras maile yazsın. Daha qadın kimi hay-həşir salması!

razim mustafa, e-mail; iloabdus@yahoo.com | 10.05.2012 | 04:54:11
Evvela salam. Yazinizi oxudum. Amma umid ederdim ki meseleye kenardan deyil, yaxindan maraqlanardiniz. Meselen muessiselerin hec olmasa birine bas ceke bilersiniz, tehsil sistemi ile maraqlanardiniz, resmi sayta daxil olub fgulen.az bir az o mohterem insanin fikirlerini ideallarini oxusaydiniz. HZ Movlananin bir sozu var ne olursan ol gel. Bu insanların esas yolu da bu istiqametdedir. Size de yeqin konullerini acarlar, buna subhem yoxdur.

Abdullah, e-mail; irevanbizimdir@gmail.com | 04.05.2012 | 21:00:39
1992-ci ildən sənin kimi yazanlar oldu... Ama bu mekteblerden Azerbaycanin uzunu ag cixaran gencler yetisdi. Sadece TQDK imtahanlari baslayir deye yene piyonlar verilib qabaga. Fetullah Gulen Hoca Efendinin fikirlerini ya fars beyenmez ya da ki yehudiler, bir de senin kimi din dusmenleri. Sen `mutleqe` inanib ateizme yaxin oldugunu belli edirsen. Hoca efendi ve onu sevenlerde Allah ve Peygembere inanib, Allahin rizasini qaye edibler ozlerine. Dini sevmirsen qalx kisi kimi ateizmden yaz. Day Dovlete niye `xeberdarliq` edirsen. H.Əliyev və davamcilari səndən agilsiz ve kordular mi (!!!). Allah sene vicdan versin ki baxib bu mekteblerin fealiyyetine qibte edesen... Ergenekonun meqalelerini tercume edib ozunu yormamagi meslehet gorerdim sene!

 
Arxiv (son 15 yazı)
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Hürmüzd dünyası Sionizm təhlükəsində (Türkiyənin Milli İstihbarat Təşkilatına (MİT) açıq məktub).
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Əhəmiyyətli telefon nömrələri



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

October

»
            01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium