saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Citizen Journalist

«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası / 09.12.2010



Dünən Müstəqil İnformasiya Agentliyində gedən bir xəbər xüsusilə diqqət çəkən oldu. Xəbər Təhsil Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumatlar əsasında hazirlanıb və nazirliyin "qaynar xətt"inə daxil olan müraciətlərə baxılmasından bəs edir.  Bildirilir ki, 2010-cu ilin yalnız iki ayında, Oktyabr və Noyabr aylarında nazirliyə 1854 müraciət daxil olub. Nazirliyin mətbuat xidməti bütün müraciətlərin araşdırıldığını və müvafiq tədbirlərin görüldüyünü qeyd edir. Vurğulanır ki, bu müraciətlərin çoxü sorğu xarakterlidir.

İlk baxışda burada qeyri adi bir şey yoxdur amma, burada diqqət yetiriləsi məqamlar çoxdur.

Öncə gəlin görək vətəndaş Təhsil Nazirliyinə niyə sorğu verir? Məgər TN-dən aşağıda bu sorğuları cavablandıracaq instansiya yoxdur? Əlbəttə var, təhsil şöbələri. Bəs onda səbəb nədir ki, 1854 nəfər cəmisi iki ay müddətində ən yüksək instansiyaya müraciət edir? Səbəblər müxtəlif ola bilər, amma birmənalı şəkildə demək olar ki, xarakter etibarı ilə bütün səbəblər məmur özbaşınalığından və təhsil sistemində olan anarxiyadan doğur. Sübut üçün uzağa getmək lazım deyil, elə sözügedən xəbərdəki rəqəmlərə nəzər salmaq yetər.

  1. 1854 nəfər valideyn işini-gücünü atıb TN-nin qaynar xəttinə elə-belə müraciət etməyib. Sorğu və ya şikayət etdiyi məsələ haqqında həmin ünvanda xeyli incidilib. Məmur özbaşınalığı.
  2. Təhsil şöbələrinə müraciət edib. Şikayətinə və ya sorğusuna vaxtında və düzgün cavab ala bilməyib. Anarxiya.
  3. TN-nə müraciət edibsə də yenə şikayəti cavabsız qalıb. Çünki nazirliyin məlumatında deyilir ki, “müvafiq tədbirlər” görülüb və bir neçə nəfər töhmət alıb. Anarxiya.

Yeri gəlmişkən, görəsən indi  “töhmət”in nə olduğunu hamı bilir?  Bilmiyənlər üçün deyim ki, bu Sovet dövründən qalmış bir cəza növüdür ki, kiməsə töhmət vermək ona demək idi ki, "özünə iş tap, bura sənlik deyil". “Şiddətli töhmət” o demək idi ki, "şeylərini yığışdır". Ona görə də o zamanlar “töhmət” alanlar əllərindən gələni edirdilər ki, özlərini doğrultsunlar. “Şiddətli töhmət” alanları isə çox vaxt iş yerindən təcili yardımla aparırdılar.

Nazirlik bildirir ki, müraciətlərin yalnız 10%-ni şikayət, qalan hissəsi isə sorğular təşkil edir. Belə qələmə verməyə cəhd olunur ki, guya sorğu şikayət deyil. Amma əksinə sorğu da şikayətdir. Misal;  fəaliyyətinə xitam verilmiş Azərbaycan Beynəlxalq Universiteti tələbələrinə müxtəlif digər universitetlərdə təhsili davam etmək təklif olunur, amma təklif olunan universitetlərdə təhsil haqqı bundan bəzən iki, hətta üç dəfə yuxarı olur. Nəticədə tələbə ya təhsildən uzaqlaşdırılır, ya da artıq pul verməli olur. Bu barədə istənilən sorğu əslində şikayətdir və burada cavabden elə Təhsil Nazirliyidir.

Vətəndaş haradan bilsin ki, sabah nazir hansı qərqrı verəcək? Əgər nazirlik Azərbaycan Beynəlxalq Universitetini bağlayırsa orada təhsil alanların günahı nədir? Niyə sivil qaydada həmin tələbələrin tamamilə eyni şərtlər daxilində təhsilinin davam etdirilməsi təmin olunmur? Nə üçün hansısa sorğuya, şikayətə ehtiyac yaranır?

Bir sözlə Təhsil Nazirliyi “qaynar xətt” məsələsində imitasiya yaradıb. Əgər belə olmasaydı Təhsil Nazirliyi edilən şikayətləri kateqoriyalara ayırıb, onlara belə barmaqarası baxıb, yalnız bir neçə nəfərə yalançı töhmət verməklə kifayətlənməzdi. Əslində indi vəziyyət elə kritik həddə çatəb ki, burada şikayətə heç ehtiyac da yoxdur. Amma  nazirlik xüsusi olaraq bildirir ki, bir çox hallarda həmin şikayətlərin müəllifləri anonim olub, bir qisim müraciət müəllifləri şikayətlərini geri götürdüklərinə dair yazılı izahat verib. Göründüyü kimi nazirliyin məqsədi qaynar xətt yaratmaqla problemlər haqqında siqnal almaq deyil, sadəcə gözdən pərdə asmaq və ictimai fikri yayındırmaqdır. Vətəndaş şikayətindən imtina edə bilər, amma əgər şikayət olmuşdursa deməli orada problem yaranıb. Vətəndaşın şikayətdən etməyinə nail olmaqdansa, şikayətçinin anonim olmağı ilə şikayətə baxmaqdan imtina etməkdənsə, nazirlik şikayəti yaradan səbəbləri aradan qaldırmalıdır. Səbəbləri isə mən yazımın əvvəlində göstərmişdim.

Əgər yalnız iki ayda təhsil sistemindən 1854 şikayət varsa deməli bu sistem bütövlükdə problem içərisindədir. Burada təhsildən danışmağa dəyməz.

270 dəfə oxunub | 4 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

Gulnar Abiyeva, e-mail; gulug@list.ru | 04.06.2012 | 07:50:13
Bizim qaradağ rayonun sahil qəsəbəsində yerləşən E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbin təmirə ehtiyacı var lakin 67 yaşlı pensioner direktor Şükürova Xanımqiz ayrılan pulları yeyir və təmir işlərini sposorlarına gördürür.İyun ayında məktəbdə uşaq olmadığı halda ərzq mallrını satır. Məktəbin pensioner işçilərini işdən çıxarmağa hazırlaşır görəsən özü çıxmağa hazırlaşmır?

Gulnar Abiyeva, e-mail; gulug@list.ru | 04.06.2012 | 07:46:00
Bizim qaradağ rayonun sahil qəsəbəsində yerləşən E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbin təmirə ehtiyacı var lakin direktor Şükürova Xanımqiz ayrılan pulları yeyir və təmir işlərini sposorlarına gördürür. Məktəbdə kompyuterlərin hamısı sovet dövrünün kompyuterləridir təzələrin hamısı satılıb .xahiş edirik ölçü götürəsiniz.

Şövkət Mammadova, e-mail; mamedov@list.ru | 17.05.2012 | 12:39:18
Bizim Qaradağ rayonunda Sahil qəsəbəsinin 9 nömrəli xüsusi internat məktəbin direktoru Şükürova Elmira və Muavin Bağırov azər məktəbin muəllimlərindən hər il may ayında dərs yüklərini satırlar hər 3 saata 100 manat Xahiş edirəm ölçü götürəsiniz Hörmətlə Şövkət xanım

ölülər., e-mail; refi60@box.az | 25.08.2011 | 06:10:13
Məmur özbaşınalığı.Anarxiya. Bu fikirlərlə iki əlli razıyam . Yaxşıdır yazınız. sadəcə yazı. Yazın, oxusunlar, hirslər soyusun. Nə olsun ki?!Dövlətin idarəedənləri ki, yenə də öz işlərindədir. Şərh etdik, sual-cavab. Boşuna yoruruq özümüzü. Nə Misir Mərdanov, nə də digərləri -şəxsən çəkiliş etdiyim məktəbdəki yoxlamanın aşkarladığı vəziyyət videogörüntüləri azərbaycan üçün biabırçı və baş alçaldıcıdır. Yoxladılar, dəhşətli cinayətləri, yeyinti-korrupsiya aşkarladılar,çıxıb getdilər, Nə tədbirləri var nə də sakitlikləri . Hərəkətli hərəkətsizliklə ört-bastr edildi.Əgər, tarix fənnindən sinifdə qalan müəllimlər mövzusunu da qatsam, azərbaycan təhsilinin vəziyyəti tam aydın olaraq, bildirir ki, inistitutlar, universitetlər nə gündədir. Artıq danışmağa ehtiyac yoxdur. Və necə olur ki, 65 yaşlı müəllim işdən çıxarılır, 72 yaşlı öz fənnini cədvəl üzrə gündəlik keçən direktor məktəbi idarə də edir, dərs də keçir. Yazası, şərh edəsi o qədər mövzu var ki... Əsas bir cümlədir-BURA AZƏRBAYCANDIR.

 
Arxiv (son 15 yazı)
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Siyasi dəllallıq
Təhsildə imitasiya vüsət alır!
«Demokratik» seçkilərin reallıq mənzərəsi
Qadınlarımızın problemləri var, amma bu, gender bərabərliyi deyil!
Deputat seçkiləri niyə məhz noyabrda keçirilir!?
Fransız, avropa humanizmi- əxlaqsızlıq.
5 Mayın tör-töküntüləri
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Bayraq - öz yurduma öz hakimliyim

Əhəmiyyətli telefon nömrələri

Şəmkir nümayəndə heyəti Belarus Respublikasında



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

February

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28          
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium