saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Məhərrəm Azəri

ANS, siz kimə xidmət edirsiniz? / 12.11.2010



Mirşahin bəy, 9 noyabr 2010-cu ildə ANS-də yayımlanan “Hökm” verilişinə görə sizi məhkəməyə verəcəm. Amma  öncə istərdim ki, Zamin Hacı abimə sizinki kimi televiziyalar haqqında işlətdiyi məşhur telekanalizasiya ifadəsinə görə təşəkkürlərimi çatdırım.

Həmin gün axşam dərslərimi hazırlayırdım. Birdən atamın səsini eşitdim, bərk əsəbləşmişdi və kiminləsə danışırdı. Qonaq otağına keçəndə gördüm ki, o, otaqda təkdir. Səbəbini soruşanda o bir az da əsəbləşdi və dedi: “Görmürsən bunları? harda bir murdarlıq var, gətirirlər efirə, sən get dərsini oxu.” Mən otaqdan çıxdım, amma maraq  dərslərə davam etməyə imkan vermədi. Hissimi cilovlaya bilmədim. O biri otağa keçib televizoru yandırdım. ANS-də bir film gedirdi; iki kişi öpüşürdü, amma başqa cür. Sonra eşqdən, məhəbbətdən danışdılar və birdən film kəsildi. Sən demə, bu “Hökm” verilişinin tərkibində olan süjet imiş.  Mən bu verilişə gizlincə baxdım və sizə nifrət elədim. Birinci ona görə ki atamı əsəbləşdirdiniz, sonra ona görə ki, belə-belə pislikləri bizə-tamaşaçılara göstərdiniz, daha sonra,  ona görə ki, “Dövlət Bayrağı Günü”ndə milli vətənpərvər qəhramanlar əvəzinə cəmiyyətin tullantılarını təbliğ etdiniz. Həmin verilişdə, bir tərəfdə ərinə xəyanət etmiş əxlaqsız bir qadın, digər tərəfdə ondan da əxlaqsız onun əri, hansı ki,  arvadının acığına bütün qadınlara nifrət edərək erkəkləri “sevir”. Hansı tərəfə baxırsan rəzalət və qəbahət.

Biz ədəbiyyat dərslərində öyrənmişik ki, əsərlərdə iki tərəf olur; mənfi və müsbət personajlar. Sizin telekanalizasiyanin həmin verilişində hər iki tərəf murdar idi. Siz ədəbiyyat dərsləri keçməmisiniz?

Adətən, haradan pis bir qoxu gəlirsə, deyirlər ki, “yəqin yaxınlıqda kanalizasiya partlayıb”. Sizin yayımladığınız bir çox verilişlərdən çox vaxt “pis qoxu gəlir”. Məsələn, mən inanmıram ki, belə şeylər olar, amma  siz göstərirsiniz ki, kimsə atasını döyüb, kimsə anasını evdən qovub, hansısa 15-16 yaşlı oğlan azyaşlı qızı zorlayıb və s. Mən bu məsələləri müəllimlərimdən soruşanda onlar deyir ki, əvvəllər belə naqis və biabırçı şeyləri gizlədərdilər, belə üfunət qoxuyan mövzular mətbuata, televiziyaya yol tapa bilməzdi. Siz isə bu cür məsələlərdən ucuz sensasiya düzəldib  “dəlinin yadına daş salırsınız”.

Bütün bunlara görə siz məhkəmədə cavab verəcəksiniz. Amma indi yox, indi mənim 16 yaşım var və məktəbliyəm. İnşallah, böyüyüm və ilk maaşıma vəkil tutub sizin telekanalizasiyanın partlamış hissəsini bağlatdıracam ki, belə-belə çirkablar ətrafa dağılıb cəmiyyətimizin mənəvi tərbiyəsini pozmasın və valideynləri əsəbləşdirib xəstələndirməsin.

613 dəfə oxunub | 14 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

Etibar, e-mail; etibarq@inbox.ru | 06.09.2014 | 06:49:42
çox doöru yazmısan qardaş, Allah səndən razı olsun ans Azərbaycanda ən alçaq, iftiraçı, araqaraışdıran, şərəfsiz bir kanaldıd.Naşükürün dəstəyi, İranın mənafeyinə xidmət edən bir kanaldır.

Subhan TURAN, e-mail; geranimo69@mail.ru | 13.05.2013 | 18:59:45
ANS PULA ISHLEYIR QARDASHIM PULA!!

AMALIYA, e-mail; huseynova71@bk.ru | 19.03.2013 | 08:31:55
ONU DUZ DEYIRLER KI ANS BILIMIR KIM UCHUN ISHLEYIR.CHUNKI SUBUT VAR.BIR GUN MENIM HAYAT YOLDASHIM KONULLI OLARAQ QARABAG MUHARIBESINDE ISHTIRAK ETMISHDIR,VE DOYUSH ZAMANI 3 DEFE YARALANMISHDIR.ONA MEXSUS OLAN SENEDLER XATAI RAYONU HERBI KOMISSARLG TEREFINDEN OGURLANIB,VE BU GUNE VERILMIYIB.MEN MURACIET ETMSHEM DEFERLERNEN ANS,KOMEKLIK ETSINLER,AMMA ILQAR MIKAYIL OGLU BELE CAVB VERIB,VAHID MUSTAFAYEV SIZI GEBUL EDE BLMEZ,VE MEN DA OLMUSHAM DOYUSHLERDE.MARAGLIDIR KI,O HANSI MUHARIBEDE ISHTIRAK EDIB.AMMA O ZAMAN DEYEN YOX IDI NEYE GORE,VE KIME GORE CAN QOYURSAN.ANS ANCAQ PULLUDIR

nigar, e-mail; yoxdur | 08.12.2012 | 10:55:19
Hörmətli Məhərrəm bəy, mən səndən yaşda böyük olsam da, səni əsl Azərbaycan oğulu, bəyi kimi gördüm və Allaha şükür etdim ki, sənin kimi gəncimiz var.Bütün şərhləri oxudum, kimsə inanmır ki bu məqaləni sən yazmısan, yəqin onu yazan özü 16 yaşında hələ ağzı söz tuta bilməyib. Tam səmimi və içdən gələn bir yazıdır. Səni bunu yazmağa vadar edən sənin Qəzəbin və Nifrətindir. Sənin sözünə qüvvət, bir neçə il əvvəl 20 Yanvar günü idi. Bütün telekanallarda musiqi yığışdırılmışdır, hətta xəbərlərin müsiqisi belə. Və birdən ... Qulaqlarıma inanmadım. ANS kanalında toy ritmində bir musiqi səsləndi və Palmalinin rekıamını verdilər. Mən hiddətlənərək dərhal ANS-ə zəng etdim və dedim ki, sizə ayıb olsun, sözdə özünüzü patriot göstərirsiniz, amma şəhidlərimizin xatirəsinə hörmətsizlik edirsiz. Məgər bugünkü gündə reklam bazarınızı 1günlük saxlaya bilməzdinizmi? Heç utanmırsınızmı Çingizin ruhundan? onda eynilə Aqilli (yox, mindilli)kimi birisi, mənə bağıraraq dedi: "əgər kanalımız pisdirsə, onda niyə baxırsan? keç o biri kanala da" İkinci onu demək istərdim ki, Vahid Mustafayev "Xoca" filmini çəkəndə düzü çox sevindim. Amma görəndə ki, o bu filmi qazanc və şəxsi şöhrəti naminə çəkib təəssüfləndim, amma təəccüblənmədim, çünki o da digər məmurlar kimi pulun əsirlərindən birinə çevrilib. Əgər doğrudan da xalqının dərdinə yansaydı, onda filmi pulla kinoteatrlarda yox, birbaşa şəhid qardaşının adını daşıyan telekanalında xalqa göstərərdi. Bir sözlə, ANS-in forması ilə məzmunu tamamilə bir-birinə əksdir. Qoy Allah özü onların səsini kəssin, çünki onlar sən demişkən, xalqa yaxşı işləri yox, əxlaqsızlığı, pozğunluğu təbliq edirlər. Pul H.Z.Tağıyev kimi Kişilərin əlində yaxşılıq, savab vasitəsi olduğu halda, belələrinin əlində keyf üçün bir alət rolunu oynayır. Qoy Çingizin və bütün Şəhidlərimiz ruhu belələrinə qənim olsun, Amin !

Şahmar, e-mail; shahmarjafarov@mail.ru | 10.12.2011 | 10:11:56
Bu məqaləni 16 ilin ehtiyyatına oxşatmadım, məqalə haqqına yazılıb, kaşki silah kimi 16 yaşlı uşaqdan istifadə edilməyəydi.

sebuhi, e-mail; barbaros1975"mail.ru | 19.07.2011 | 06:45:42
Men sizinle tamamile razıyam. Əvvəllər mirşahine böyük hörmet beslemişem. Ancaq son vaxtlar o spekulyant mövqedən yazılar yazır. bayrağımızın dördüncü rengi adlı yazısı isə lap biabırçılıq idi. Belə yazılar yazdığınız üçün minnetdaram

Arzu Gədəbəyli, e-mail; hasımovakber@mail.ru | 21.04.2011 | 12:58:20
Mən sizlərin fikri ilə hec də razı deyiləm .Biz də həmin verlışın Hökmün daimi tamaşaçılarıyıq.O insanlar nifrət edir ki bu verlişdə özlərini görürlər, öz çirkablarını özləri qəbul edə bimirlər.Biz isə sağlam düşüncəli insanlar bilirik ki bunlar realdı və bu reallıqdan qacmaq lazım deyil əksinə ifşa etmək lazımdır.

Ceyhun, e-mail; ceyhun-555@mail.ru | 12.03.2011 | 19:50:39
ANS COX IKI UZLU KANALDI_ qorxaq- yaltaq movqe tutmaq onlara yarasmirdi hal bu ki o kanalin tamalini rahmatlik Cingiz xalqin xeyir duasi ila qoymusdu. vaxti ila xalqin arxalandiqi umid etdiyi kanali indi kanalizasiyaya ceviriblar- Cingizin ruhuna hormatsizlik etmayin ay mir sahin bay vahid bay- an azindan Cingiza gora- hansisa bir addimi atanda bir fikirlas ki Rahmatlik indi saq olsaydi bu layihaya na deyardi AYIB OLSUN-

AYIL MILLAT, e-mail; ceyhun-555@mail.ru | 12.03.2011 | 19:42:28
Avvallar hamimizin raqbat basladiyimiz- haqq-adalat kanali kimi duzgunluyu ila camahatin sevgisini qazanan ANS axir 5 illikda cox sifatli yaltaq va qorxaq kanala cevrilib-- MAN xalqin icinda olan sada bir azarbaycanli kimi fikrimi bildiriram ki Cingiz Mustafayev kimi haqiqi qahramanin qardasi cox uzluluyu ila qorxaqliqi ila rahmatliyin ruhuna hormatsizlik edir- AY VAHID MUSTAFAYEV- Cingiz o kanali xalq ucun, xalqin sozunu demak ucun acmisdi- AYIBLAR OLSUN onu doqrulda bilmadiniz

axundovali, e-mail; axudovali@box.az | 04.02.2011 | 12:24:16
Bu qardaşın fikri ilə raziyam

bilal, e-mail; nurlanmusali@mail.ru | 02.02.2011 | 14:38:52
salam Azer mellim vaxtiniz olsa Ismayilli rayonun yollari berbad gundedir ve,bunlara elac var

AQİILLİ, e-mail; YOXDUR | 21.12.2010 | 16:51:51
bURA BAX MEKTEBLİ....OZUNU AQİLLİ SAYIRSAN SEN?SEN ANS-İN 19 İLLİK EFİRİNDEN XEBERSİZSEN EN AZİNDAN ONA GORE Kİ,BU TARİXDEN 3 YAŞ BALACASAN.ANS QEHREMANLARI YARADAN TELEKANALDI...TELEKANALİZASİYA İSE ONU ELƏ GÖRMƏK İSTƏYƏNLƏRİN DAXİLİ CÜRÜNTÜSUNUN ÖZÜNÜ BİRUZƏ VERMƏSİDİR.PULT DEYİLƏN BİR QURQU VAR HANSININ KÖMƏYİ İLƏ Kİ,KANALI DƏYİŞMƏK OLUR...DƏYİŞƏRDİNİZ DƏ?AMMA SİZ ATANIZIN DERSİNLE MEŞQUL OL TƏLƏBİNƏ ƏHƏMİYYƏT VERMİYİB MARAQINIZA VƏ NƏFSİNİZƏ SAHİB CIXMAYIB DƏRHAL KANALI ACDINIZ...TƏSSÜFLƏR OLSUN Kİ,SİZİN KİMİ YENİYETMƏNİN DAXİLİ İNDİDƏN ÜFUNETLE DOLUDUR

Azad, e-mail; azad_eminov@mail.az | 26.11.2010 | 10:00:12
Sizinle raziyam.Mende hemin hokm verilisine baxmisam. Mende o zaman ANS-e nifret etmisem.

Elmar, e-mail; cit.jour@hotmail.com | 15.11.2010 | 20:31:12
Sağol Məhərrəm Azəri, ANS, 16 yaşlı uşağın bu fikirlərindən nəticə çıxarın.

 
Arxiv (son 15 yazı)
ANS, siz kimə xidmət edirsiniz?
Sumqayıtda böyük bir botanika abidəsi məhv edilir!
Bayraq - öz yurduma öz hakimliyim
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)

Əhəmiyyətli telefon nömrələri

Bayraq - öz yurduma öz hakimliyim



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

August

»
  01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium